Öpüşlər

ÖpüşlərÖpüşün emosional diapazonu çox genişdir- adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər.
Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanına zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.
Bədənin öpülə biləcək 8 əsas "nöqtəsi göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bııd, qarın, yançaqlar, döş. Kişilər yalnız öpülməyə icazə verilən və qadağaqoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) "işə başlaya bilər''.

Öpüş- ilkin sevgi oyununda ən güclü qızışdırıcı, ehtiras oyadan vasitədir.Belə ki, kişi və qadın öpüş sayəsində "üst qatda" birləşmiş olurlar. Bu "üst ittifaq" bəzi adam­lara "alt ittifaq" (fallosun uşaqlıq yoluna daxil edilməsi) qədər güclü təsir göstərir və onlara cinsi əlaqəni xatırladır.

Bütövlükdə götürdük­də ağız həm qadının cinsiyyət orqanlarının xarakteristikalarına uyğun gəlir (ağız və dodaqlar), həm də kişinin cinsiyyət. orqanlarının xarakteristikalarına (dil). Erotik öpüş həm kişi, həm də qadın keyfiyyətlərini tədqiq etməyə imkan ve­rir.

"Savadlı" öpüşlər güclü energetik yüksəlişi təmin edir. Dodaqlarımızı müvafiq enerji mərkəzlərinə toxundurmaqla biz onları oyadır, onların ruhi gücünü və kanallarını stimullaşdırırıq
Öpüş həyatverici sekresiya və enerjilərin mübadilə işini doğurur. Qədim kitablarda göstərilir ki, qadın və kişi məhəbbətlə məşğul olanda, onların bədəni hər ikisi üçün cana faydalı incə sekresiyalar ifraz edir. ,Qədim məhəbbət üsullarından biri bundan ibarətdir ki qadının orqazm anı yaxınlaşanda o, dilini qabaq dişlərinin arxasındakı damağa dirəyır və orqazm zamanı öz dilini kişinin ağzına soxur ki, o, qadının şəhvət anında (orqazm) ifraz etdiyi şirəni yumşaqca və məhəbbətlə sora bilsin. Qədim təbabət kitablarında bunun böyük müalicəvi əhəmiyyəti xüsusi qeyd edilir.

6. Qadının üst dodağı onun bədənini ən erogen zonalarından biridir. Onlar bunu, üst dodağı və damağı (ağız boşluğunun yuxarı hissəsinin səthi) klitorla birləşdirən xüsusi energetik kanalın mövcudluğu ilə izah edirlər. Bu kanal bədənin məxfi onuncu qapısı kimi tanınır; bu kanalla incə cövhər axır. Müasir dildə desək, orqazm zamanı bu kanal ilə güc­lü enerji hərəkət edir.
Üst dodağın masajı cinsi enerjinin azad çıxmasına təkan verir və cinsi oyanmanı şövqləndirir.
Qədim məhəbbət mətnlərində səkkiz əsas öpüş növü təsvir edilir;
"ilk öpüş". Qız oğlanla birinci görüşə gələrkən, utanıb-sıxılır. Oğlana məsləhət görülür ki, o bu səddi aradan götürmək üçün qızın boynunu yüngülcə çimdikləyib qulağından, yaxud başından astaca öpsün. Sonrakı öpüş "qarşılıqlı etiraf" adlanır. Bu o vaxt baş verir ki, artıq tanış olmuş oğlan və qız yenidən görüşdükdə üzlərində sevinc ifadəsi, dodaqlarını bır-birlərinin yanaqlarına toxundururlar. Və nəhayət üçüncü öpüş. Gənc qız onun xoşuna gəlmiş oğlandan ayrılarkən, ehtiras və həyəcandan titrəyərək, ona ani öpüş bəxş edir. Bu üçüncü busə - "titrək öpüş" adlanır.
Təsvir edilən sonrakı öpüşlər müəyyən təcrübəsi olan kişi və qadınlara aiddir və onları vəcdə gətirmək üçün nəzərdə tutulub.
Hər ikisinin dodağı yüngülcə bir-birinə toxunduqda bu, "birbaşa öpüş" adlanır.
Kişi və ya qadın öz sevgilisinin hər iki dodağını öz dodaqları arasında sıxanda, bu, "sıxıcı öpüş" adlanır.
Sevgililərdən biri öz diliylə o birinin dilinə və dodağına toxunanda və o naz edərək buna yüngülcə müqavimət göstərəndə, bu, "dillərin mübarizəsi" adlanır.
Kişi qadının üst dodağını, qadın isə onun alt dodağını öpəndə, bu, "üst dodağın öpüşü" adlanır. Bu zaman qadın xəyalən enerji kanalını onun klitorundan üst dodağına gələn neon qaytan şəklində təsəvvür etməyə çalışmalıdır. O öz vumenlərini (uşaqlıq yolunu əhatə edən xüsusi əzələlər) yığmaqla bərabər dərindən nəfəs almaqla bu kanaldakı enerji cərəyanını stimullaşdınr. Həmin kanalı idarə etməyi öyrəndikdən sonra qadın sevgi oyununda həm özünün, həm də sevgilisinin aldığı ləzzəti istədiyi vaxt artıra bilər.
"Üst dodağın öpüşünün daha bir növü. Vəcdə gəlmiş qadın kişinin alt dodağını dişlərin arasına alaraq, yüngülcə çeynəyib dişləyir. Kişi də eyni vaxtda onun üst dodağı ilə həmin hərəkəti edir. Bu onları daha çox vəcdə gətirir. Bü­tün varlığını bürümüş ehtirasdan üz-gözü dəyişilmiş qadın (və ya kişi) öz sevgilisinin bədənini öpüşlərə qərq edir. Onun dili və dodaqlan bədənin üstüylə gah surətlə, gah ləng hərəkət edir. Bu, həzzin yaranma nişanəsi olduğu üçün öpüş də "nişanə" adlanır və sairə.

Ehtiras və eşq haqqında qədim təlimatlarda şəhvət­dən doğan öpüşlər bax bu cür təsvir edilir. Öpüş zamanı üz və ağız əzələlərini boş saxlamağı öyrənin. Yadınızda saxlayınki, öpüşmə ağızların ikiqat "alovundan" törəyən çox qiymətli maye və enerjinin mübadiləsinə imkan yaradır. Öpüşmə məharəti düzgün mənimsənildikdən sonra sevgi oyunudaha ehtiraslı olub, orqanizmə, sinir tellərinə sakitləşdiricivə müalicəvi təsir göstərir.
Müasir tədqiqatçılar müəyyən etmişlər ki, səhərlər işəgedərkən öz arvadlarını qucaqlayıb öpən kişilər bunu etməyənlərdən orta hesabla beş il çox yaşayır, yol qəzalarına az düşür və daha çox qazanırlar.

Ailə və Uşaq     Baxılıb: 8092   Tarix: 11 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

toy makiyaji sekilleri makiyaj instagram geymler 2026 dərslər qadin dunyasi 2026 pamidor maskasi uzdeki qara noqteler kosmetika novruz bayramina aid insan novruz hakıştası baldiz seksual