Orqanizm üçün ən faydalı içki

Orqanizm üçün ən faydalı içkiSəhər yuxudan oyanan kimi ən azı 1 stəkan su qəbul edilməsi çox faydalı hesab edilir. Uzun illərdir ki, həkim və diyetoloqlar suyun orqanizm üçün ən çox faydalı yeganə içki olduğunu deyirlər.
Milli.Az bildirir ki, təbii üsullarla müalicə həkimi Ulduz Hüseynova AZƏRTAC-a deyib: "Su hüceyrələri toksinlərdən təmizləyir və immun sistemini möhkəmləndirir, orqanizmin virus, bakteriya və göbələklərlə mübarizə gücünü artırır. Bundan başqa, su qanın qatılaşması və trombozun qarşısını alaraq ürəyin, beynin işemik xəstəlikləri, miokard infarktı və insult riskini azaldır, dəri xəstəliklərinin qarşısını alır və onun sağlam görünməsini təmin edir.
Su qəbul edilməsi çəkini azaldır. Məsələ burasındadır ki, orqanizmdə su azalanda maddələr mübadiləsi zəifləyir və bədən hərarəti aşağı düşür. Onun yerini doldurmaq üçün piy toxumasının qalınlığı artır və kökəlmə baş verir. Həmçinin hesab olunur ki, yeməkdən əvvəl suyun içilməsi mədədə toxluq hissi yaradır və çəki itkisinə səbəb olur".
Suyun içilmə qaydası barədə məlumat verən həkim deyib: "Yeməkdən 30 dəqiqə əvvəl içilən su mədə-bağırsaq sistemini qida qəbuluna hazırlayır. Bu, qastrit, duodenit, mədə qıcqırması, mədə, bağırsaq xoraları və qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Yeməkdən 2,5 saat sonra içilən su qidanın parçalanmasına sərf olunan mayenin yerini doldurur və həzmdən sonra yaranan susuzluğu yatırır. Fiziki hərəkətlərdən və idmandan əvvəl içilən su tərləmə üçün ehtiyac olan su deposunu doldurur.
Həkim daha sonra bildirib: "Suyun evdə filtrasiya edilərək içilməsi daha məqsədəuyğundur və məsləhətdir ki, suyu bir qədər qələviləşdirən filtrlərdən istifadə olunsun. Çünki həmin su hüceyrələrə daha asan daxil olur və toksiki maddələri asanlıqla orqanizmdən xaric edir. Qanın pH göstəricisinin 7,4 olduğunu nəzərə alsaq, hüceyrələr və toxumaarası mayenin də turşu-qələvi tarazlığının eyni olması vacibdir. Lakin bir çoxlarının yaşadığı hipodinamik həyat, qeyri-sağlam qidaların yeyilməsi və suyun az miqdarda qəbulu toxumalarda çoxlu turş məhsulların toplanmasına səbəb olur. Sağlamlıqla əlaqədar bir çox problemlərin həllini məhz qələviləşdirilmiş suların qəbulu ilə tapmaq olar".
Ulduz Hüseynova qeyd edib ki, orta hesabla gündə 1,5-2 litr filtrasiya olunmuş təmiz və qazsız su içmək tövsiyə olunur. Lakin qəbul edilən suyun miqdarı çəki, fəaliyyəti növü və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Onun dadını dəyişmək üçün içərisinə bir az zəncəfil, limon, və ya portağal qatmaq olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1520   Tarix: 23 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qadin sayti nagillar faydalı qidalar zirinc faydalari qadın orqanizmi kosmetika vətən həsrəti bürcler sanama sağlamlığın sirleri vusale elizade