Orqanizminizdəki qurdları, parazitləri, bakteriyaları 3 gündə bu sadə dəmləmə ilə məhv edin!

Orqanizminizdəki qurdları, parazitləri, bakteriyaları 3 gündə bu sadə dəmləmə ilə məhv edin!Bu içkidən cəmi 1 stəkan içsəniz, bədəninizdəki bütün parazitlər 3 gündə yox olacaq!
Qadinsayti.az bildirir ki, bir çox xəstəliklərin səbəbi insan orqanizmində yaşayan parazit qurdlardır. Qaşınmalar, səpmələr, allergiya, qan azlığı, yorğunluq, baş ağrıları, baş hərlənməsi, 12 barmaq bağırsaqda eroziyalar, xoralar, öyümə, qusma, qıcqırma, ishal, nevroz, aritmiya, ürək zəifliyi, tənginəfəslik, öskürək, gözlərdə, ağ ciyərlərdə və başqa orqanlarda qansızmalar, iltihablaşmalar, saçların tökülməsi, menstruasiya pozulması, vaxtından tez menstruasiyanın kəsilməsi, kişilərda cinsi zəyiflik və bir çox hallar məhz insan orqanizmində yaşayan parazit qurdların olmasından irəli gəlir. İnsanlar müxtəlif xəstəliklərlə müxtəlif həkimlərə müraciət edirlər. Çox zaman düzgün diaqnoz da qoyulmur. Vəziyyətdən baş aça bilməyən həkimlər xəstəni bir-birinə ötürürlər. Bəs əsl səbəb nədir?
İnsan orqanizmində parazitlərin yaşaması ilk dəfə 1681-ci ildə müəyyən edilib. Müalicəsi və səbəbi öyrənilməyən xəstəliklərdən ölənlərin sayı gündən-günə artdığı üçün 1859-cu ildə buna səbəb parazitlərin olduğu müəyyən edilmiş və müalicə yolları axtarılmağa başlanılmışdır.
Başgicəllənməsi, yuxusuzluq, halsızlıq, iştahsızlıq, ağızdan su gəlmə, qarında ağrılar və s. bu kimi hallar varsa, ilk növbədə parazitoloqa müraciət etmək lazımdır.
Parazitlərin insan orqanizminə düşməsinin müxtəlif səbəbləri var. Çirkli əllərlə qidalanma, torpaq, toz, uşaqların dırnaqlarını yeməsi, çiy məhsullarla, əsasən ət, balıq məhsulları ilə qidalanma orqanizmdə qurdların yaranmasına səbəb olur.

Bu bitki dəmləmələri qurdu məhv edir

Bərabər miqdarda qızılçətir otu, dağtərxunu çiçəkləri və zirə toxumları qarışdırılır. Qarışıqdan bir xörək qaşığı götürülərək bir stəkan qaynar suda bir saat dəmlənir. Gündə 3-4 dəfə bir xörək qaşığı içilir. Bu məlhəm askaridozda yaxşı nəticə verir.

Acı yovşan
Bərabər miqdarda acı yovşan otu və qızılçətir otu qarışdırılır. Qarışıqdan bir xörək qaşığı götürülərək bir stəkan qaynar suya əlavə olunur və vam odda 20 dəqiqə qaynadılır. 8 gün müddətində gündə iki dəfə - səhər acqarına və axşam yatmazdan qabaq bir stəkan qəbul edilir. Daha sonra eyni miqdarda götürülmüş andız kökləri, qaragilə meyvələri və dağtərxunu çiçəkləri qarşıdırılır, bir stəkan qaynar suya bir xörək qaşığı tökülərək dəmləmə hazırlanır. Dəmləmə 5 xörək qaşığı qəbul edilir.

Çobanyastığı çiçəkləri
Hərəsindən 20 q olmaqla aptek çobanyastığı çiçəkləri, istiotlu nanə yarpaqları, adi dağtərxunu çiçəkləri, kövrək murdarça qabıqları, acı yovşan otu və pişikotu kökləri, 30 q yerkökü toxumları qarışdırılır. Alınan qarışıqdan 2 xörək qaşığı bir stəkan qaynar suda çay kimi dəmlənir və gündə iki dəfə, hər dəfə bir stəkan daxilə qəbul edilir. Üç gün ərzində aparılan müalicə astridlərə və soliterə qarşı effektlidir.

Nar qabığı
Bir ədəd narın qabıqları xırdalanır və bir stəkan suda bişirilir. Alınan bişirmə süzüldükdən sonra 1,5 saat ərzində 3 dəfəyə içilir. Bu müddət ərzində qida qəbul olunmur. 3-4 saatdan sonra isə işlədici qəbul edilir.

Yetişməmiş qoz
4 xörək qaşığı xırdalanmış yetişməmiş yaşıl qoz bir stəkan azca duzlanmış qaynar suda yarım saat dəmlənir. Süzüldükdən sonra alınan dəmləmə gün ərzində içilir. Həmin gün ərzində işlədici vasitə də qəbul edilir.
SaqlamHeyat.az

Sağlamlıq     Baxılıb: 12691   Tarix: 24 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

makiyaj instagram qadin dunyasi yay kolleksiyasi babil baglari yay donları 2026 gəncə xəbərləri ana südü artırmaq kosmetika novruza aid hakışda novruz bayramı haxışta zehmet ve zinet qoğalın nağlı dieta