Oruc tutanların ürəyi daha sağlam olur - Həkim

Oruc tutanların ürəyi daha sağlam olur - HəkimOruç tutmaq ürək sağlamlığına müsbət təsir göstərir.
Milli.Az xəbər verir ki, tibb elmləri üzrə professor Merih Kutlunun açıqlamalarına görə oruc ürək sağlamlığına müsbət təsir göstərir.
Araşdırmalar göstərir ki, oruc tutan şəxslərdə pis xolesterol (LDL) azalır, yaxşı xolesterol (HDL) isə yüksəlir.
Həkim ürək xəstələrinin oruc tuta bilməsi məsələsində ümumi bir qayda olmadığını, hər xəstənin vəziyyətinin fərdi şəkildə qiymətləndirilməli olduğunu bildirib. Onun sözlərinə görə, diaqnoz, istifadə edilən dərmanlar və ac qalma müddəti bu qərarın verilməsində əsas rol oynayır.
Həkim ürək xəstələrinin oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşməli olduqlarını vurğulayaraq, düzgün qidalanma və dərmanların vaxtında qəbul edilməsinin vacibliyini qeyd edib. O, orucun ürək sağlamlığına faydaları arasında iltihabı azaltdığını, insulin həssaslığını artırdığını və psixoloji rahatlıq verdiyini bildirib.
Bununla yanaşı, ağır ürək çatışmazlığı olan, son 1-2 ayda infarkt keçirmiş, stent taxılmış şəxslərin oruc tutmasının təhlükəli olduğunu deyən Kutlu yüksək təzyiqi olan xəstələrə də oruc tutmağı tövsiyə etmədiklərini bildirib.
O, iftarda və sahurda həddindən artıq yeməyin ürəyə əlavə yük yaratdığını, bunun da ürək döyüntüsünü artırdığını və qan təzyiqini yüksəltdiyini qeyd edib. Həkim xüsusilə Ramazan ayında iftardan sonra ürək tutmalarının daha çox qeydə alındığını xatırladaraq, yeməklərin iftarla sahur arasında bölünərək yeyilməsinin daha sağlam olduğunu bildirib.
Həkim yağlı, qızardılmış və yüksək karbonhidratlı qidalardan uzaq durmağı, lifli və proteinlə zəngin qidaların qəbul edilməsini tövsiyə edərək, ürək xəstələrinin oruc tutmazdan əvvəl həkim məsləhəti almasının vacibliyini vurğulayıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1173   Tarix: 04 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma hamiləlik toy gecesi badimcan tursusu hazirlanmasi gilasın faydası agil haqqinda atalar sözləri kliniki ölüm kosmetika şəhid pomidor klitor qadin saglamlig cantalar