Orucu necə tutaq? - Hacı Şahindən vacib məsləhətlər

Orucu necə tutaq? - Hacı Şahindən vacib məsləhətlərQafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Oruc tutmağın qaydaları ilə bağlı öz tövsiyələrini bölüşüb.
Bu vacib məsləhətləri təqdim edirik:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasız!" (Bəqərə:183)
Ramazan ayında oruc tutmaq hər bir müsəlmanın Allah qarşısında borcudur. Lakin, unutmaq olmaz ki, sağlamlığı imkan verməyən şəxsin oruc tutması günahdır və belə bir şəxsin oruc tutmaması ibadətdir. Çünki, əsas hədəf Allahın əmrinə itaət etməkdir, ac qalmaq yox.
Oruc sübh azanından məğrib azanına qədər davam edir. Oruc tutan şəxs gərək aşağıdakı işlərdən çəkinsin, əks təqdirdə orucu pozulacaq:
1. Qəsdən yemək və içmək;
2. Allahın, peyğəmbərin (s) və imamların adından yalan danışmaq;
3. Qatı toz və qatı tüstü udmaq;
4. Başı suya salmaq;
5.Özünü qusdurmaq;
6. Cinsi yaxınlıq;
7. Özünü cinsi ləzzətə çatdırmaq;
8. İmalə etdirmək;
9. Sübh azanına qədər cənabət, heyz və nifas qüslu almamaq.
Oruc tutanları ən çox maraqlandıran məsələlərin bəzilərinə aydınlıq gətirmək istərdik:
1) Orucun niyyəti o deməkdir ki, insan ay boyunca Allaha yaxın olmaq məqsədilə oruc tutacağını bilsin; 2) Ramazan ayında yalnız Ramazan ayının vacib orucu tutulur, başqa oruc tutmaq olmaz; 3) imsak etmək olduqca təkidli bir əməl olsa da, vacib deyil və imsak etməyənlərin orucu düzdür;
4) gedib-qayıtmaq təxminən 44 km-dən çox olan və 10 gündən az çəkən səfərdə oruc tutmaq olmaz (tez-tez səfərə çıxanlara aid deyil); 5) oruc olduğunu unudub yeyən yaxud içən insanın orucu düzdür; 6) iftara yemək hazırlayan şəxsin yeməyin dadına baxması orucu pozmur; 7) namaz qılmayan şəxs oruc tuta bilər; 8) müalicə üçün oruc vaxtı dərman atmalı olan şəxs oruc tuta bilməz;
9) oruc halında başı yumaq olar, sadəcə dəniz ya hovuz kimi bir yerə başı tamamilə batırmaq olmaz; 10) xanımlar özlərinə xas günlərdə oruc tutmamalı və Fitr bayramından sonra həmin günlərin qəzasını yerinə yetirməlidir; 11) Ramazan ayının hər günündə oruc tutmaq vacibdir, hansısa günləri digərilərindən "daha ağır" deyil;
12) oruc halında ağız suyunun udulmasının eybi yoxdur; 13) Oruc vaxtı ictimai yerlərdə orucu pozan işləri görməkdən çəkinmək gərəkdir, hətta üzürlü səbəbdən oruc tutulmasa belə; 13) ətir iynəmək bəyənilməsə də, orucu batil etmir; 14) oruclu şəxsin kosmetik vasitələrdən istifadə etməsi orucu batil etmir;
15) orucunun pozulmasına görə şübhələnən kəs hökmünü dəqiq öyrənməyincə orucunu pozmamalıdır.
Üzürlü səbəbdən oruc tuta bilməyən şəxs növbəti Ramazan ayına qədər istənilən vaxt qəza orucu tutmalıdır (Fitr və Qurban bayramlarından başqa). Qəsdən orucunu pozan kəs isə, həm həmin günün qəzasını tutmalı, həm də kəffarə ödəməlidir - ya hər günə görə altmış gün oruc tutmalı, ya da altmış fəqiri doyunca yedizdirməlidir.
Oruc tutanlar unutmamalıdılar ki, oruc yalnız ac qalmaq deyil. Məhz buna işarə edərək, həzrət Fatimə (s) buyurur: "Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını və digər bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?"
İmsakın bağlanması və iftarın açılması ilə bağlı suallar da maraq doğurur. Bu barədə vacib qaydalar olmasa da, bəzi tövsiyələr var. İlk öncə yaxşıdır ki, obaşdanlıq sübh azanından bir neçə dəqiqə əvvəl bitsin, iftar isə məğrib azanından bir neçə dəqiqə sonra açılsın.
Peyğəmbər (ə) ən azı su içməklə də olsa imsak etməyi məsləhət buyurub, imsak edənləri isə dua edib. İmam Sadiq (ə) obaşdanlıqda yarma və xurma yeməyin faydalı olduğunu bildirib. Adətən imsak üçün xüsusi dua oxunmur.
İftara gəlincə, peyğəmbərin (s) kişmiş, xurma və şirinliyi olan təbii qidalarla (bal, şirin meyvə, quru meyvə, meyvə suyu və s.), bunlar olmadıqda isə ilıq su ilə iftar açdığı rəvayət olunur. İftar vaxtı yaxşıdır ki, yeməkdən öncə aşağıdakı dua oxunsun:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirə, iğfirli!"
(İlahi! Sənin üçün oruc tutur, ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlamağı sonsuz olan, məni bağışla!)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1568   Tarix: 06 aprel 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gelinlikler aksessuarlar toy gecesi boşanmalar moda xəbərləri badimcan murebbesi hazirlanmasi xına bəzəkləri kosmetika insan gulmeli hakista hakışdalar dieta uşaq nece olur