Öskürəyə təbii yolla və dərman üsulu ilə ÇARƏ

Öskürəyə təbii yolla və dərman üsulu ilə ÇARƏÖskürək zamanı çoxlu maye qəbul etmək lazımdır. Yaşlı insanlarda susuzluq hissiyyatı itdiyinə görə dehidratasiyaya tez məruz qalırlar. Lakin sutkada 2 litr maye kifayətdir. COVID-19-un müalicəsində restriktiv strategiya ilə maye verilməlidir. Maye bəlğəmi yumşaltmağa və asan xaric olmağa kömək edəcək.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da koronavirus xəstələrində öskürəyin qarşısının alınması barədə tövsiyələr verib.
O, bildirib ki, dərmansız vasitə kimi bal və ya doşabdan istifadə etmək tövsiyə olunur. Balın öskürək əleyhinə təsiri artıq sübut olunub. 1 çay qaşığı bal gündə 4-5 dəfə qəbul etmək olar. Sadəcə nəzərə almaq lazımdır ki,  bal botulizm təhlükəsinə görə 1 yaşa qədər uşaqlara olmaz.
Həkimin sözlərinə görə, əgər öskürək zamanı bal kömək etməzsə, gündə 4 dəfə olmaqla kodein (15-30 mq dozada) qəbul etmək olar. Öskürək çox güclüdürsə, dozanı 30-60 mq-a qədər artırıb gün ərzində 4 dəfə qəbul etmək məqsədəuyğundur. Maksimal doza isə 1 gündə 240 mq təşkil edir. Kodein tərkibli preparatlar apteklərdə müxtəlif adda ola bilər, sadəcə, içindəki kodeinin dozasına diqqət etmək lazımdır.
"Dərmana müraciət ediriksə, kodein ilk seçim olmalıdır. Lakin xəstəxanalarda və təcili yardım həkimləri morfin yarım ml (5 mq) gündə 2 dəfə xəstələrə vurmaqla da öskürəyi kəsə bilərlər.
Unutmayın ki, bronxektaziya və xroniki bronxiti olan insanlara öskürəyi mərkəzdən tam söndürmək məsləhət deyil", - deyə həkim əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1324   Tarix: 22 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 kosmetika mehsullari cins salvar 2026 həzm orqanları kökəlmə sirləri ayaqqabı kosmetika hakisdalar efsaneler lakonizim namiq qaraçuxurlu layla