Osteoartroz

OsteoartrozOsteoartroz müxtəlif etiologiyalı xəstəliklərin heterogen qrupu olub, oxşar bioloji, morfoloji-kliniki təzahürlərinə malikdir.
Xəstəliyin əmələ gəlməsində patoloji proseslə zədələnmiş oynaq qığırdağında vaxtından əvvəl qocalmanın baş verməsidir. Xəstəliyin əmələ gəlməsində bəzi xəstəliklərin rolu böyükdür:
- qığırdağın travması
- statikanın anadangəlmə pozulması
- əzələ və bağların zəifliyi
- qabaq olmuş artritlər
- oynaq səthlərini konqruentliyinin pozulması.
Sümüyün oynaq səthini örtən qığırdağın əsas maddəsi dəyişikliyə uğrayır, hətta bəzi yerlərdə olmur, sıx birləşdirici toxuma ilə əvəz olunur. Xondrositlər məhv olur, qığırdaq çox zəif və quru olur, elastikliyini itirir. Hətta bəzən qığırdağın dağılma prosesi baş verir, osteoskleroz inkişaf edir, oynaq səthinin periferik hissəsində osteofitlər inkişaf edir.
Xəstəlik zamanı fibroz-sklerotik dəyişikliklər oynağın kapsulunu və sinovial qişanı əhatə edir. Xəstəlik birincili və ikincili olur.
Osteoartroz birincili olaraq baş verməsi:
- Məhdud (3 və daha az oynağın zədələnməsi, əl oynaqları, ayaq oynaqları, diz oynaqları, bud-çanaq oynaqları, fəqərə və başqa oynaqlar).
- Yayılmış (4 və daha oynağın zədələnməsi).
Osteoartrozun ikincili olaraq baş verməsi:
- Anadangəlmə, qazanılmış və endemik xəstəliklər.
- Metobolik xəstəliklər.
- Endokrinopatiyalar.
- Kalsiumun çökməsi xəstəliyi.
- Nevropatiyalar.
- Digər xəstəliklər (avaskulyar nekroz, revmatopid artrit və s.).
Xəstəliyə ən çox 40-60 yaşlı adamlarda rast gəlinir. Xəstəliyin əsas əlaməti oynaq sindromudur. Osteoartroz zamanı oynaqların zədələnməsinin aşağıdakı əsas formaları ayırd edilir:
1. Bud çanaq oynağının zədələnməsi - xəstəliyin ən ağır formasıdır. Əsasən klimakterik periodda olan qadınlar arasında rast gəlinir. 40% hallarda rast gəlinir.
2. Diz oynağının zədələnməsi - nisbətən yüngül gedişə malikdir. 33% hallarda rast gəlinir. Xəstəlik ikinci forma oynağın zədələnməsi zamanı meydana çıxır.
3. Distal falanqalararası oynaqların zədələnməsi - osteoartrozlu xəstələrin 1/3-də rast gəlinir. Xəstəliyə əsasən yaşlı qadınlarda rast gəlinir.
4. Fəqərə oynaqlarının - fəqərəarası disklərin və sinovial fəqərəarası oynaqların zədələnməsi.
Xəstəliyin əsas əlaməti zədələnmiş oynaqda ağrılar və oynaqda hərəkətin bir qədər məhdudlaşmasıdır. Ağrılar zədələnmiş oynağa mexaniki təsir nəticəsində meydana çıxır. Ağrılar adətən tədricən başlayır əvvəllər hərəkət zamanı, sonralar isə sakit vəziyyətdə ağrıyır. Ağrının baş verməsi üçün oynaq nahiyyəsinə kiçik yükün düşməsi kifayət edir. Zədələnmiş oynaqda ağrılar fiziki iş görən zaman, əyilib-qalxdıqda baş verir. Ağrılar adətən küt xarakterli olur.
Osteoartroza diaqnoz qoymaq üçün qanın, qan zərdabının, sidiyin analizləri, rentgen müayinənin nəticələri əsas götürülür.
Milli.Az

Xəbərlər     Baxılıb: 1111   Tarix: 13 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq geyim dəbləri qadın geyimi neyrosirkulyator distoniya geyimlər testosteron nədir goz altı qırışlar kosmetika şirin qoğal heyati haxisdalar vətənə aid bayatı toyuq salati