Osteoxondrozdan necə qorunmaq olar? Mütəxəssislərin tövsiyələri

Osteoxondrozdan necə qorunmaq olar? Mütəxəssislərin tövsiyələriMüasir şəhər sakinlərinin bir çox hissəsi osteoxondrozdan əziyyət çəkir.
Bir çoxlarımız bu xəstəliyi "duzlaşma" adlandırırıq. Lakin osteoxondrozun duzla heç bir əlaqəsi yoxdur. Osteoxondroz zamanı onurğa sütunu oynaqları və bağları tədriclə dağılır ki, bu da xroniki ağrılara, qamətin pozulmasına, belin hərəkətliliyinin azalmasına, müxtəlif orqan və sistemlərdə pozulmalara səbəb olur. Bu dəyişikliklər orqanizmin qocalması ilə bağlıdır və təbiidir. Lakin əgər əvvəllər belə dəyişikliklər əsasən yaşlı insanlarda müşahidə olunurdu, hal hazırda osteoxondroz cavan insanlarda və hətta uşaqlarda inkişaf edir.
Onurğa sütununda gedən dəyişikliklər geriyədönməzdir, yəni dağılmış oynaqları və bağları bərpa etmək mümkün deyil. Lakin bu prosesi ləngitmək mümkündür.
Həkimlər tez-tez deyir ki, osteoxondrozun profilaktikasına hətta uşaq dünyaya gəlməmişdən əvvəl başlamaq lazımdır. Bu nə deməkdir? Hamiləlik zamanı ana tamdəyərli qidalanmalı, bütün lazım olan vitaminlər, minerallar və s. vacib maddələri qəbul etməli, tez-tez açıq havada olmalı, streslərdən uzaq olmalıdır.
Daha sonra körpəlik vaxtında uşağı iməkləməyə vadar etmək lazımdır. Bu çox vacibdir. Müasir uşaqların əksər hissəsi bu mərhələdən keçmir. Bir çox hallarda bunun taqsırı valideynlərdədir - valideynlər çalışır ki, uşaq daha tez yeriməyə başlasın. Bu çox təhlükəli yanılmadır. Həkimlər uşaqlarda qamətin, onurğanın müxtəlif pozulmalarının səbəbini məhz bunda görürlər. Uşaq mütləq iməkləməlidir - bu əzələlərin möhkəmlənmsəinə kömək edir və daha sonra uşaq yeriməyə başladıqda möhkəm əzələlər onurğa sütunu daha yaxşı saxlaya bilir.
Daha böyük yaşlarda uşağa hərəkət etmək üçün (qaçmaq, hoppanmaq və s.) şərait yaratmaq lazımdır. Uşaq tez-tez açıq havada olmalı, hərəkətli olmalıdır.
Məktəb dövründə bir çox uşaqların sağlamlığında pozulmalar yaranmağa başlayır. Bu pozulmaların arasında qamətin pozulması, skolioz və s. Bu pozulmaları vaxtında aşkar etmək və müalicə etmək lazımdır. Uşağı əlavə dil, şahmat, rəsm və s. dərnəklərinə yox, rəqsə, idmana yazdırmaq lazımdır. Bu onun gələcək sağlamlığı üçün çox önəmlidir.
Böyük yaşlarda osteoxondrozun profilaktikası üçün hərəkətli olmaq, daim bədən tərbiyəsi, idmanla məşğul olmaq lazımdır. Sizin işiniz uzun müddət ərzində eyni pozada oturmaqla (ofis işçiləri, kompüter dizaynerləri, mühasiblər və s.) və ya ayaq üstə  dayanmaqla (satıcı, bərbər və s.) bağlıdırsa, bu xüsusilə vacibdir. Eyni pozada uzun müddət ərzində qalan insanda onurğaya olan gərginlik artır və bu da osteoxondrozun inkişafına səbəb olur. Hər 30 dəqiqədən bir pozanı dəyişin (bir qədər gəzişin, sadə idman hərəkətləri edin və s.). Düz oturmağa çalışın, beliniz düz olmalıdır, əyilməməlidir.
Düzgün qidalanma da çox önəmlidir. Piylənmə və həmçinin müxtəlif pəhrizlərə alüdəçilik  osteoxondrozun riskini artırır.
Ağır fiziki gərginliklər, ağır əşyaların qaldırılması və daşınması da onurğanın sağlamlığına ciddi ziyan vurur.
Düz səthdə yatın, yastığınız kiçik olmalıdır (təxminən çiyniniz qalınlığında) və boyunuzu yaxşı saxlamalıdır (boynunuz yuxu zamanı əyilməməlidir).
Üzgüçülük osteoxondrozun ən yaxşı profilaktikasıdır. Üzgüçülük əzələlərin gərginliyini azaldır, qamətin yaxşılaşmasına kömək edir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1132   Tarix: 13 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

sac duzumleri hamilelikde qidalanma makiyaj instagram pamidor maskasi geyim kombinasiyalari maraqli hind filmleri uşaqlar üçün kosmetika novruz bayrami haxisdalar əqrəb qızlıq pərdəsi brusell bakteriyası