Ostexondroz, opsteoxondrozun əlamətləri, müalicəsi
Osteoxondroz onurğa sütununun xəstəliyidir.Osteoxondrozun əmələ gəlməsinə onurğa sütununda baş verən distrofik pozulmalar səbəb olur.Xəstəliyə istənilən digər oynaqlarda da rast gəlinir,amma,ən çox onurğa sütununda meydana gəlir.Osteoxondroz zamanı ən çox onurğaarsı disklər patologiyaya uğrayır.Xəstəliyin əlamətləri zədələnmə nahiyələrinə uyğun olaraq özünü göstərir.Belə ki,xəstəliyin əlamətləri sinirlərin qidalndırdığı nahiyəyə uyğun olaraq baş verir.Osteoxondrozun yerləşdiyi nahiyədən asılı olaraq aşağıdakı formaları var:
* boyun osteoxondrozu
* döş osteoxondrozu
* bel ostexondrozu
Xəstəlik ortopedik xəstəliklər qrupuna aid edilir.Osteoxondrozun əmələ gəlməsində onurğanın fizioloji quruluşunda baş verən müxtəlif səbəblərdən onurğaarası diskin sıxılması və həmin nahiyəni yetərində qidalandrmaması durur.Bu ən çox müxtəlif travmalar və fiziki yüklənmələr zamanı baş verir.
Xəstəliyin kəskinləşməsində isə düzgün qidalanmamanın rolu böyükdür.Belə ki,düzgün və sağlam qidalanmama səbəbli onurqaarası qığırdaq toxuması elastilkliyini və möhkəmliyini itirir.Bu səbədən də formasını və tərkibini dəyişir ki,bu da ostexondrozun baş verməsinə səbəb olur.
Osteoxondroza ən çox orta yaşdan yuxarı adamlarda rast gəlinir.Son illərin hesablamları isə xəstəliyin daha erkən yaşlarda meydana gəldiyini qeyd edir.
Xəstəlik özünü onurğa nahiyəsində ağrılar və ağırlıq hissinin olması ilə xəstələri narahat edir.
Xəstəliyin əmələ gəlməsində yastıayaqlılığın,ağrlıq daşımanın və artıq çəkinin rolu olduğu həkimlər tərəfindən öz təsdiqini tapıb.
Osteoxondrozun əmələ gəlməsində aşağıdakıların da rolu olduğu söylənilir:
* genetik faktor
* maddələr mübadiləsinin pozulması
* normal qidalanmama
* onurğanın travmaları
* ekoloji faktorlar
* azhərəkətli həyat tərzi
Milli.Az / news.milli.az









50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Xiyarın möcüzəvi faydaları
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
Sağlam qaraciyər üçün qəhvə için
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları