Övladları oyun xəmiri və "slaym"larla oynayanların DİQQƏTİNƏ! – Bu xəstəliklər var

Övladları oyun xəmiri və Rəngarəng, yumşaq oyun xəmiri uşaqların ən sevimli oyuncaqlarından biridir. Uşaqların sevimli oyunlarından biri olan oyun xəmiri onların əylənməsinə töhfə verən oyuncaqlar sırasında əsas yer tutur. Analar oyun xəmirinin tərkibinə şübhə ilə yanaşsalar da, uşaqların bu xəmirlərlə oynaması onlara böyük zövq verir. Amma bunun uşağın inkişafına verdiyi töhfə də danılmazdır.
Maraqlıdır bəs, kimyəvi qatqısı olan bu oyun xəmirlərinin uşaqlara hansı ziyanı var?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan pediatr Qoşqar İsmayılov oyun xəmiri ilə oynayıb infeksiyaya yoluxan uşaqların çox olduğunu deyib:
"Ümumiyyətlə, son zamanlar uşaqlarda oyun xəmiri (plastrin) və yaxud "slaym" adlanan yeni tip oyuncaqlara qarşı müəyyən problemlər ortaya çıxır. Bunların da ən əsası kontakt dermatitdir. Bəzi posientlərim var ki, mənə bu problemlə müraciət ediblər. Sonra aşkarlanıb ki, uşaq davamlı olaraq bu "slaym" oyuncaqları ilə oynayır. 
Təbii ki, hamısında yox, bəzi allergiyaya həssas uşaqlarda dəridə, əllərin içərisində səpkilər əmələ gəlir. Hətta zamanla onların yaraya belə çevrilə bilir. 
Bunlar əsasən, diatezlə doğulan, ailəsində allergiyası olan uşaqlarda özünü göstərir. Tövsiyəm odur ki, belə zərərli və kimyəvi məhsullardan hazırlanmış oyuncaqları övladlarına verməsinlər. Çünki onlar nəyinki əllə toxunur, hətta ağızlarına belə vururlar. 
Belə halla qarşılaşan valideynlər dərhal həkimlə məsləhətləşib, uşağa düzgün diaqnoz qoyulmalıdır".
Apardığımız sorğu nəticəsində məlum olur ki, valideynlər isə bu kimyəvi oyuncaqlardan yalnız uşaqların əlini yumaqla kifayətlənir. 
Bəs, uşaqlar üçün oyun xəmiri alarkən nələrə diqqət edilməlidir?
Övladınız üçün oyuncaq alarkən həmişə diqqətli olmalısınız. Heç bir ailə daim təmasda olduğu bu oyuncaqların onlara zərər verməsini istəməz. Xüsusilə oyun xəmirinin təbii materiallardan hazırlanması anaların narahatlığını aradan qaldıra bilər. 
Oyun xəmiri alarkən bunlara nəzər yetirin:
- Övladlarınız üçün xəmir və ya oyuncaq alarkən CE sertifikatı olmayan heç bir məhsul almamalısınız. Əgər CE sertifikatı yoxdursa, uşağınızın sağlamlığını riskə ata bilər.
- Aldığınız xəmirin tərkibini diqqətlə yoxlayın. Tərkibində kimyəvi maddələr olan xəmir almayın.
- Oyun xəmirinin tutarlılığı da çox önəmlidir. Yumşaq olmasına və ələ yapışmamasına diqqət yetirin.
Oyun xəmirlərinin uşaqların zehni inkişafına təsiri varmı?
Oyun xəmiri uşağın təxəyyülünü inkişaf etdirir və onun daxili aləmini ifadə etməyə imkan verir. Onun yaratdığı fiqurlarla həyatı və gördüyü obyektləri necə şərh etdiyini başa düşə bilərsiniz.
- Yeni bir obyekt yaratmağa nail olmaq hissi ilə onun təşəbbüsü artır.
- Uşağı istehsal etməyə və düşünməyə istiqamətləndirir.
- Uşağınızın zehni inkişafına kömək edir.
- Əl əzələlərinin və çevikliyin inkişafına imkan verir.
- Əl-göz koordinasiyasını təmin etməyə kömək edir.
Oyun xəmiri duyğu orqanlarının inkişafına da kömək edir. Onunla oynayarkən daim toxunur, hazırlayarkən gözləri ilə əşyaları izləyir və oyun xəmirinin iyini hiss edir.
Oyun xəmiri qrupla oynana bilər. Bu yolla uşağınızın sosial inkişafına töhfə verə bilərsiniz.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 2696   Tarix: 21 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

turlar.az

qaşların formalari kosmetoloq hamiləlik şorba reseptləri vegetativ sinir sistemi xınayaxdı sözləri uşaq psixologiyası kosmetika efsaneler novruz bayrami veten haqqinda bayatilar sperma novruza aid hakisda