Öz-özünə danışmağın faydaları – Psixoloq AÇIQLADI
ABŞ-ın Viskonsin-Madison Universitetinin psixologiya professoru Qari Lupyan deyir ki, özünüzlə yüksək səslə danışmaq normaldır və hətta bəzən faydalıdır. Ekspertin fikrincə, belə vərdiş problemlərin və mürəkkəb tapşırıqların həllini asanlaşdırır.
Milli.Az bildirir ki, nəzəriyyəsini sübut etmək üçün Lupyan könüllülərə bir sıra təsadüfi fotoşəkillər göstərdiyi bir araşdırma aparıb və onlardan ən diqqətəlayiq əşyaları tapmağı xahiş edib.
Məlum olub ki, iştirakçılar axtarılan obyektin adını ucadan deyəndə, bunu etmədikləri ilə müqayisədə daha tez tapıblar.
"Obyektin adını ucadan söyləmək axtarış prosesi zamanı onun vizual görüntüsünü şüurda aktiv saxlamağa kömək edir", - psixoloq nəticələri izah edib.
Bundan əlavə, Lupyanın fikrincə, öz-özünə danışmaq əlavə motivasiya verə bilər, çünki bu, insana, xüsusən də çoxlu müxtəlif hərəkətlər tələb edən bir vəziyyətdə, konkret tapşırığı yerinə yetirməyə diqqətini cəmləməyə imkan verir. /Lent.az
Milli.Az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm