Özbəkistan istehsalı olan super-komediyanın Qala gecəsi keçiriləcək
Özbəkistan istehsalı olan "Çimildik" super-komediyasının Azərbaycan kinoteatrlarında nümayişinə start verilir.
azxeber.com Editor.az-a istinadən xəbər verir ki, komediyanın Qala Gecəsi 10 aprel tarixində "Park Bulvar"da yerləşən "Park Cinema"da baş tutacaq. Filmdə rol alan ulduz sənət adamlarının iştirakı ilə keçiriləcək Qala Gecəsində ilk öncə Özbəkistanın sevilən müğənnisi Dadaxon Obidovun konserti baş tutacaq.
Qala gecəsinə gələn tamaşaçılar ulduz aktyorlarla ünsiyyət imkanı əldə edəcəklər. Daha sonra isə möhtəşəm komediyanın nümayişi baş tutacaq.
Qeyd edək ki, komediyada sevib evlənən Tohir və Zuxranın həyatından bəhs edilir. Bu gənc cütlük bir-birini çox sevsə də, kiçik ailə fikir ayrılıqları üzündən boşanmaq qərarına gəlirlər. Boşanma ilə bağlı məhkəmə qərarını aldıqdan sonra onlar özlərini rahat hiss edirlər və dərhal yeni, azad həyat üçün müxtəlif istiqamətlərə yola düşürlər. Lakin tale onlara gözlənilməz sürprizlər yaşadır. Onlar gecələr harda yuxuya getməsindən asılı olmayaraq, hər səhər incəsənət muzeyində quraşdırılmış çimildik – ilk toy gecəsini simvolizə edən ənənəvi toy çadırının içərisində oyanırlar.
Qala gecəsinin proqramı aşağıdakı kimidir:
Tarix: 10 aprel 2025-ci il
Məkan: Park Bulvar 4-cü mərtəbə
Saat: 19:00 – Tədbirin başlanğıcı
Konsert & Ulduzlarla görüş
Saat: 21:00 – Filmin nümayişi
Konsert və Qala Gecəsinə biletlər:
Tələsin, yerlər məhduddur.










Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin