Özü də at əti yeyən məşhur azərbaycanlı müğənni at əti satanlara dəstək çıxdı: "Donuzdan ki yaxşıdır?!" - FOTO

Özü də at əti yeyən məşhur azərbaycanlı müğənni at əti satanlara dəstək çıxdı: "Donuzdan ki yaxşıdır?!" - FOTOXeyli zamandır ki, at və eşşək ətinin Bakının restoran, dönərxanalarına verilməsi və onlardan kabab kimi istifadə edilməsi cəmiyyət arasında böyük səs-küy yaradıb.

Qazaxıstanda doğulub böyümüş, hazırda Bakıda yaşayan müğənni Aslan Hüseynov isə vətənindən gələn qonaqlarına mütləq at əti gətirməyi tapşırır. Məsələ ilə bağlı müğənni Aslan Hüseynovun AzNews.az-a müsahibəsini təqdim edirik:

-Uzun müddətdir ki, Bakıda yaşayırsınız. Hazırda Azərbaycanda at ətindən istifadə edirsiniz?

-Hə. Onsuz qalmaq olmaz ki. Ayda bir dəfə də olsa bizim evdə at ətindən yemək bişir.

-Bəs, at ətini Bakıda hardan alırsınız?

-Qazaxıstandan, ümumiyyətlə Orta Asiyadan. Oradan Azərbaycana gələn qonaqlardan xahiş edirəm ki, mənə at əti və ondan hazırlanan "Kazı" gətirsinlər. "Kazı" at ətindən hazırlanan kolbasadır. Qazaxlar onu özləri əldə hazırlayır, çox dadlı bir şeydir. Mənim Azərbaycanda tanınmış dostlarım var. Məsələn, Elçin Əlibəyli ilə bir dəfə bu kolbasanı yedik. Dedi ki, "ay dad, bu nə yaman dadlıdır." At südü və at əti xeyirli bir şeydir. Murdar heyvan deyil ki, onun ətini belə müzakirə edirlər. Dində də at ətindən istifadəyə icazə verilir. Bildirilir ki, ancaq müharibə vaxtı aclıq olarsa, at kəsmək olar. At ağıllı heyvan olduğuna görə onu hər an kəsməyə icazə verilmir. Dovşan və at yeganə heyvanlardır ki, kəsilməyini biləndə ağlayır. Onu yerə yıxanda qarşısındakı adama müqavimət göstərmir. Həmin anda at hiss edir ki, onu kəsəcəklər. Bunu bildiyi üçün də müqavimət göstərmir. Bildiyimə görə, at ağıllı heyvanlar siyahısında beşinci yerdədir. Birinci yerdə isə Delfindir.

-Dost-tanışlarınız sizin at əti yediyinizi bilir?

-Hə. Mən ilk dəfə Azərbaycana gələndə biri dedi ki, "siz Qazaxstanda at əti yeyirsiniz?" Dedim bəli, burada qəribə nə var ki? At yeganə heyvandır ki, hər otu yemir. Mən Azərbaycana gələndə öyrəndim ki, bülbül kababını qaban ətindən edirlər. İnsanlara bülbül əti altında qaban əti yedizdirirlər. Hər halda, at donuzdan yaxşıdır. Azərbaycanda nə qədər qaban var ki, hər restoran və kafedə bülbül kababı verirlər? Donuzu yeyiriksə, bir azdan eşşəyə keçəcəyik. Qazaxıstanda, hətta Orta Asiyada atın südünü içirlər. Bu süd dərman vəsaiti kimi də istifadə olunur. İndi mağaza və marketlərdə atın südünü tapmaq çətinləşib. Hazırda at südünü Avropa ölkələrinə çıxarırlar. Təbii ki, bunun da səbəbi var.

-Səbəbi nədir?

-Çünki müalicə ərəfəsində bir stəkan at südü insan orqanizmində qalan antibiotikləri tamamilə məhv edir. At südü bu dərəcədə güclüdür. Dəvə südü də güclüdür. Amma at südünün yerini verməz.

-At ətindən kabab olur?

-Yox. Kim desə ki, at ətindən kabab olur, yalandır. Bir aşbaz kimi deyə bilərəm ki, at ətindən ancaq beşbarmaq və qaynadıb yeyirlər. Ancaq mən də oxuyuram ki, guya, at ətindən restoranlarda kabab kimi istifadə olunur. Bu doğru deyil, eşitmişəm ki, ondan yalnız qiymə edirlər. At və eşşək ətini qarışdırıb qiymə edirlər. Ondan ancaq lülə bişirmək olar. At ətindən kabab kimi istifadə mümkün deyil. Çünki atın sümükləri çox böyükdür. Ondan heç vaxt kabab bişirmək olmaz. At ətinin dadı hiss olunur. Onu qızardanda rənginə kimi aydın hiss olunur. Qırmızı-qaraya çalan rəngi var.

Xəbərlər     Baxılıb: 2228   Tarix: 05 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yemek reseptleri geyim necə seçməli toy makiyajlari kətə xiyar turşusunun hazırlanması qis geyimleri seks pozalari kosmetika burcler rəksanə baliq burcu masqalar usaq seirleri