Özü nazir, qızı nazir, oğlu bankir – Oqtay Şirəliyevin uğur hekayəsi

Özü nazir, qızı nazir, oğlu bankir – Oqtay Şirəliyevin uğur hekayəsiAzxeber.com hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn "Məmur portreti" rubrikasını davam etdirir.

Rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın növbəti qonağı Səhiyyə naziri Oqtay Şirəliyevdir.

Oqtay Şirəliyev kimdir?

Azərbaycanın qocaman nazirlərindən olan Oqtay Şirəliyev 1950-ci il təvəllüdlüdür. Bürclərin "şahı" sayılan – "Şir" bürcündə dünyaya gələn nazir əslində bu bürcün tipik xüsusiyyətlərini özündə daşımır. Astroloqlar iddia edir ki, "Şirlər" çılğın və tez qızışan olurlar. Oqtay Şirəliyev isə sakit adam təsiri bağışlayır. Bəlkə də, o tipik "şirdir", kənardan belə görünür. Bəlkələr çoxdur, lakin reallıq odur ki, 68 yaşlı nazir həyatda çox uğurlar qazanmağa müvəffəq olub.

Qərarı qəti idi: Əlinə bıçaq almalı idi, amma bu bıçaq...

Oqtay Şirəliyev həkim ailəsində anadan olub. Yəqin onun həkim peşəsini seçməsində bu amilin xüsusi rolu olub. Elə bu səbəbdən gələcək nazir yolunu Azərbaycan Dövlət Tibb İnsitutundan salıb. 1973-ci ildə bu insitutun Müalicə-profilaktika fakültəsini bitirərək, qısa müddət Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi çalışıb.

1978-ci ildə I Moskva Tibb İnstitutunun aspiranturasına daxil olan O.Şirəliyev 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə edib. Elə həmin ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi, 1982-ci ildə Respublika Endoskopiya Mərkəzinin rəhbəri, 1983-1988-ci illərdə Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olub. 1988-ci ildən Respublika Diaqnostika Mərkəzinin direktoru işləyib.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alan gələcək nazir 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülüb. Eyni zamanda 1991-2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb.

Hər şey bir anda dəyişdi, Şirəliyevin nazir təyinatı...

Gedənin arxasınca danışmazlar deyiblər. Lakin sabiq Səhiyyə naziri Əli İnsanovun ölkə səhiyyəsinə rəhbərlik etdiyi dönəmdə bu sahədə baş verən neqativ hallar, xəstəxanaların faktiki olaraq "can bazarı" müəssisələrinə çevrilməsi ölkə səhiyyəsində islahatları qaçılmaz edirdi. Heç şübhəsiz İnsanovun törətdiyi əməllər cavabsız qalmadı və o, günlərin birində nəinki vəzifədən azad edildi, törətdiyi əməllərə görə, yolunu məhbəsdən salmalı oldu. Onun istefası səhiyyə sahəsində ciddi islahatlar aparılacağına, bu sahədə neqativ halların aradan qalxacağına böyük ümidlər yaradırdı.

Oqtay Şirəliyevin belə bir dövrdə - 2005-ci ilin oktyabrında bu vəzifəyə təyinatı uzun illərdir ölkə səhiyyəsinin "belini qıran" rüşvətxor məmur ordusu üçün də "məntiqi yekun" oldu. Düzdür, iddia etmək ki, Şirəliyevin gəlişindən sonra səhiyyə sahəsində ciddi islahatlar aparıldı, bu bir o qədər doğru olmaz. Heç şübhəsiz səhiyyə sahəsində problemlər bu gün də qalmaqdadır. Ancaq və lakin nazirin ilk sərəncamlardan birinin – dövlət tibb müəssisələrində ödənişsiz xidmətin tətbiqini, ən azı öz hüquqlarını bilən vətəndaşlar üçün böyük fürsət kimi qiymətləndirmək olar. Yəni pul vermək istəməyən adamdan heç kim bunu ala bilməz.

Etiraf etmək lazımdır ki, son illər Azərbaycanda ən müasir standartlara cavab verən, maddi-texniki bazası çox yüksək olan səhiyyə müəssisələri tikilib istifadəyə verilib. Cənab Prezident İlham Əliyev tərəfindən əsası qoyulan bu müəssisələrdə vətəndaşlara Avropa protokollarına uyğun tibbi xidmət göstərilir. Lakin bununla yanaşı nazirliyin ictimaiyyətlə əlaqələr işinin aşağı səviyyədə təşkili, bu sahəyə cavabdeh şəxslərin tez-tez dəyişməsinə rəğmən vəziyyətin olduğu kimi qalması, tibb ocaqlarında baş verən insan ölümlərinin sayının artması və bununla bağlı ictimaiyyətə geniş informasiya verilməməsi mənfi məqamlar siyahısına aid edilə bilər.

Atasının yolu ilə gedən övladlar, Şirəliyevin varisləri...

Oqtay Şirəliyevin adı mətbuatda və sosial şəbəkələrdə mütəmadi olaraq övladları ilə yanaşı çəkilir. Bu məqamda haşiyəyə çıxaraq bildirək ki, Səhiyyə nazirinin 3 övladı var. Onlardan ikisi haqqında ictimaiyyət geniş məlumatlı olsa da, biri haqqında dolğun informasiyalara rast gəlmək mümkün deyil. Nazirin atasının adını daşıyan Kazım Şirəliyevin nə işlə məşğul olduğu, hansı sahədə fəaliyyət göstərdiyi bizə də məlum deyil. Əslində burada qəbahət də yoxdur. Hər bir şəxsin öz fəaliyyətini ictimailəşdirməmək və eyni zamanda bu informasiyaları sirr kimi saxlamaq hüququ var.

Nazirin qızı Nərmin Şirəliyeva hazırda Rusiyada yaşayır və həmin ölkədə kifayət qədər nüfuza malikdir. Bir neçə ay öncə Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsinə təyin olunub. Bununla bağlı sərəncamı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov imzalayıb və regional hökumətin iclasında qərarını açıqlayıb. N.Şirəliyeva Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq jurnalistika fakültəsini bitirib. Nazir təyinatına qədər Rusiyanın məşhur telekanalı - "Kultura" telekanalında şef-redaktor işləyib. Rus mətbuatında müəllif yazıları ilə çıxış edib.

Şirəliyevin digər oğlu Murad Şirəliyev isə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirsə də, maliyyəçi kimi fəaliyyət göstərib. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan M.Şirəliyev 1998-ci ildən bank sektorunda çalışır. 2000-ci ildən "Kapital Bank"da işləyən M.Şirəliyev sonradan bu bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini olub. Hazırda ölkəmizin ən böyük banklarından olan – Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavinidir. Bank sektorunda bir yeniliklərin tətbiq olunmasında və Avropa bankçılıq təcrübəsinin ölkəmizdə tətbiq olunmasında yaxından iştirak edib.

Xəbərlər     Baxılıb: 2248   Tarix: 11 dekabr 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

turlar.az

həkim məsləhəti kosmetik vasiteler gelinlikler haxışta sözləri düz qarın valideyne aid statuslar sağlamlığa aid atalar sözləri kosmetika bayraq kondom faydalı məsləhətlər gözellik tut ağacı tutdudu