Özündən 28 yaş kiçik qızla evlənən 60 yaşlı polkovnikin oğlu DANIŞDI: "Kim bilirsə Əzizağanın oğluyam..."

Özündən 28 yaş kiçik qızla evlənən 60 yaşlı polkovnikin oğlu DANIŞDI: "Kim bilirsə Əzizağanın oğluyam..."Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 3-cü dəfə ailə həyatı qurması və toy etməsi hadisəsi geniş müzakirə olunur.
Xanim.az xəbər verir ki, lent.az 60 yaşlı polkovnikin yenidən nikaha daxil olması ilə bağlı oğlu Elxan Qənizadə ilə danışıb. O bildirib ki, atasının yenidən evlənməsində heç bir problem görmür və bu, çox normaldır: "Mənə əvvəlcədən demişdi və razı olmuşduq evlənməyinə. Atamın yenidən evlənməyinə heç bir narazılığımız olmayıb. Əksinə, daha da şadam ki, o, tək deyil, ailə qurub. Hər gün atamla görüşürəm, tez-tez gedib-gəlirəm yanına. Onun planlarından da xəbərim vardı, məndən gizli olmayacaqdı ki?! Amma elçilikdə iştirak etməmişəm. Kimin elçiliyə getməsinə qarışmamışam. Atamın daha əvvəlki ailələrinin dağılmasına gəlincə, ilk olaraq müharibədə uzun müddət iştirak etdiyi üçün evə çox gec-gec gəlirdi və anamla arasında soyuqluq yaranmışdı. Bu səbəbdən də boşanmalı oldular. İkinci həyat yoldaşına gəlincə, mənim həmin qadınla elə də yaxşı münasibətim olmayıb".

Elxan Qənizadə deyib ki, çox istəsə də, atasının toyunda iştirak edə bilməyib: "İşimlə əlaqədar məclisdə ola bilmədim. Amma toyun təşkilatçılığında kömək etmişəm. Ora-bura getməyə, bəzi şeylərin təşkil edilməsində iştirak etmişəm. Bacardığım qədər kömək etməyə çalışmışam".

Ehtiyatda olan polkovnikin oğlu atasının çox yaxşı insan olduğunu deyib: "Hər cəhətdən bizə kömək olub. Problemlərimizi həll edib. Bu gün də nə məsələmiz olursa, birinci ona zəng edirəm, bir dəfə də "yox" cavabı verməyib. Həmişə əli üstümüzdə olub. İş yerində, başqa yerdə kimi görürəmsə, hamı onu tərifləyir. Kim bilirsə Əzizağanın oğluyam gəlib mənimlə ikiəlli görüşür. Mənə də məsləhət görürlər ki, bir atan var onunla birgə ol. Onun haqqında pis söz deyən, düşünən adam görməmişəm. Dünən yayılan xəbərlərdən məlumatım olmayıb. Bu gün səhər bildim ki, belə xəbərlər yayıblar. Kim nə edirsə, özünə edir. Heç kim heç kimə pislik edə bilməz. Bu ailənin qurulmasının heç kimə aidiyyatı yoxdur".

Qeyd edək ki, 2 gün əvvəl istefada olan 60 yaşlı polkovnik, Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə 3-cü dəfə ailə qurub. O, muzeyin əməkdaşlarından olan 32 yaşlı Gülşən Hüseynova ilə evlənib.

Ə.Qənizadə Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısıdır. O, 1992-1993-cü illərdə Qarabağ döyüşlərində tabor komandiri, 1993-cü ildə isə 701 saylı briqadanın komandiri olub.

Xəbərlər     Baxılıb: 2390   Tarix: 27 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

geymler 2026 makiyaj instagram donlar 2026 bürclər 2026 kekslər limon maskasi hamileliyin elametleri kosmetika itburnu kley lekesi kahfe fali haxisdalar xanim.az