Özünə hörmət edən sənətkarlar efirə çıxmırlar' - Nuradan sərt tənqid
Nura Suri televiziya verilişlərini tənqid edib.
azxeber.com xəbər verir ki, müğənni "Facebook" hesabında yazdığı yazıda bayağılıqdan şikayətlənib.
"Verlişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi…" deyən Nura, məsələnin ciddi nəzarətə götürülməsini xahiş edib:
"Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləri, layihə rəhbərləri və sponsorlardır. Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağın cəlb etmir. Bütün kanallarda eynitipli verilişlər (İTV xaric) və eyni qonaqlardır".
Müğənni sənətkarların bu səbəbdən efirlərdən uzaq düşdüyünü deyib:
"Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır. Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır, gənc, istedadlı, savadlı insanlar işə cəlb olunmalıdır, yetişdirilməlidir".
Aysel









Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?