Özünüzü, övladlarınızı qoruyun ki...

Özünüzü, övladlarınızı qoruyun ki...İndiyə qədər dünyada 1 milyondan çox insan yeni tip koronavirus olan və Covid-19 adlandırılan virusa yoluxub. Eyni zamanda, bu yeni tip virus insanların əksəriyyətində çoxlu suallar doğurub. Elmi işləri davam etdirən mütəxəssislər deyirlər ki, belə virusu tamamilə anlaya bilmək indi hələ çox tezdir.
Dünyada gerçək fəlakətə çevrilmiş COVİD-19 koronavirusu ilə Azərbaycan da mübarizə aparır.
Ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda 4369 nəfər karantindədir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.
Bu, statistikadır.
Reallıq isə daha acıdır, çünki vətəndaşlarımız arasında hələ də koronavirus təhlükəsinə inanmayanlar, çox məsuliyyətsiz davrananlar, özünün yoluxma riskini bilərəkdən artıran və bununla da ətrafındakılar üçün virus daşıyıcısına çevrilmə təhlükəsinə çevrilənlər var.
Onlar hələ də anlamırlar ki, coronavirus "masonların, imperialistlərin, böyük dövlətlərin qəsdən yaydıqları xəstəlik" deyil, oyun deyil, zarafat deyil.
Özünüzü, övladlarınızı qoruyun ki...Karantin rejimi qaydalarına məhəl qoymayan, bu rejimdə tətbiq olunmuş SMS icazəsi sistemini ələ salan laqeyd və məsuliyyətsizləri anladıq. Onların islah olunma, anlama, dərk etmək şansları var.
Lakin bir qrup adam da var ki, onların adekvat olacaqlarına, açığını desəm, ümidim çox azdır.
Bu insanlar Azərbaycanda tətbiq olunmuş karantin rejimini "tənqid" edir, "diktatura, insan haqlarının kobud pozuntusu" kimi qələmə verirlər. Bəziləri isə marazmın səviyyəsini daha da artıraraq "karantin rejimini pozanları cərimələmək adı ilə vətəndaşları qarət edirlər" deyirlər.
Absurd iddialar, aşkar demaqogiya olan ifadələr sosial şəbəkələrdə tirajlanır. Xüsusi canfəşanlıq göstərənlərsə ABŞ-da və Avropa Birliyi ölkələrində mühacir həyatı yaşayan, sifariş yerinə yetirən və özlərini "müstəqil bloqer" kimi qələmə verməyə çalışan kəslərdir.
Onların arqumentlərinə nəzər salaq və reallıqla müqayisə edək.
Özünüzü, övladlarınızı qoruyun ki...1. "Azərbaycan hakimiyyəti koronavirus bəhanəsi ilə xüsusi rejim tətbiq edib, bu diktaturadır". Dünyanın 97 (!) ölkəsində COVİD-19 koronavirus pandemiyası ilə bağlı olaraq sosial təcrid və karantin rejimləri tətbiq olunub. 52 ölkədə fövqəladə vəziyyət halıdır ki, onların sırasına bu gün Yaponiya da qatıldı. Azərbaycanda fövqəladə hal yox, karantin rejimi tətbiq olunub. "Tənqidçi"lər isə, əmin olun ki, bu rejim gerçəkləşməsəydi, sosial şəbəkələrdə vaysınma quracaq, "Baxın, görün, Azərbaycan hakimiyyəti üçün vətəndaşın sağlamlığı heç nədir, bütün demokratik ölkələrdə karantin rejimidir, bizdə yox" deyəcəkdilər.
2. "Belçikada, Belarusda, İsveçdə karantin rejimi yoxdur, bizdə də belə olsun". Bəli, İsveçdə, Belçikada və Hollandiyada karantin rejimi yoxdur. Habelə, Belarusda da. Lakin bu ölkələrdə koronavirus sürətlə yayılır, yoluxanların və ölənlərin sayı durmadan artır. Bu, öz yerində.
İsveçdə və ya Belçikada qanunlara sayğı, dövlət qurumlarının göstəriş və tövsiyələrinə şəksiz, sözsüz əməl etmək iliyə və qana işləmiş anlam, yaşam tərzi və davranış modelidir. Əfsuslar olsun ki, Azərbaycan barədə bunu deyə bilmərəm.
Və ən nəhayət, İsveç vətəndaşlarının orta yaşam səviyyəsi ilə Azərbaycan vətəndaşlarının aylıq gəlirləri, iki ölkənin büdcələri də eyni deyil.
3. ""Evdə Qal" deyirlər, amma günəmuzd işləyənlər necə evdə qalsınlar?" Çox asan. Dünyanın istisnasız olaraq, bütün ölkələrində bu rejim tətbiq olunub. Və sivil ölkələr təki, Azərbaycanda da dövlət karantin rejiminin tətbiqi ilə bağlı kiçik və orta sahibkarlara, vətəndaşlara dəyən maddi ziyanı maksimum yüngüllləşdirmək üçün zəruri tədbirlər görüb, görür və görəcək. Nazirlər Kabinetinin qərarı ilə vətəndaşlara və şirkətlərə toplam olaraq ən azı 2,5 milyard manat (!) məbləğində güzəştlərlə yardımların edilməsi nəzərdə tutulub. Bu olacaq. Eyni zamanda, müvəqqəti ictimai iş yerləri yaradılır, əhalinin həssas qruplarından olan tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənməsinin mexanizmi işə salınır, bir qrup mal və məhsul idxal gömrük rüsumundan azad edilir, karantin rejimində evdə olanların iş yerlərində ixtisar edilməsi qəti yasaqlanır və s.
Dünya bazarlarında xam neftin qiymətinin ciddi şəkildə ucuzlaşdığını və Azərbaycanın büdcə gəlirlərinin də azaldığını nəzərə alsaq, bu, çox ciddi addımlardır.
Özünüzü, övladlarınızı qoruyun ki...Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan verilmədi ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.
Özünüzü, övladlarınızı qoruyun ki...... Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!"
Gerçəkdən də, belədir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1280   Tarix: 07 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir

Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəli

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

turlar.az

kosmetoloq makiyaj etmek qaydalari qadin sayti vegetativ sinir sistemi boşanma səbəbləri xəmir reseptləri ana və uşaq kosmetika bürcler eqreb novruz bayramına aid hakıştalar maskalar novruza aid hakışda