Palma yağı. Ziyanlıdır yoxsa... çox ziyanlıdır?

Palma yağı. Ziyanlıdır yoxsa... çox ziyanlıdır?Palma yağı heç təsəvvürümüzə belə gətirə bilməyəcəyimiz yeyinti və istehlak məhsullarının tərkibində bol miqdarda mövcuddur.
WWF təşkilatının məlumatlarına görə qadın dodaq boyası, hazır pizza xəmiri, hazır çinsayağı əriştələrin, yarımfabrikat qida növlərinin, saç şampunlarının, marqarin, şokolad, dondurmaların, qurabiyələrin, körpələr üçün nəzərdə tutulan süni qidaların, uşaqlar üçün nəzərdə tutulmuş şirniyatların, krekerlərin və hətta yuyucu vasitələrin tərkibində mövcuddur. Sadəcə palma yağının mövcudluğunu yeyinti və istehlak məhsullarının tərkibində gizlətmək üçün istehsalçılar bu inqridiyenti müxtəlif adlar ilə bağlamanın üzərində qeyd edirlər. Aşağıdakılar palma yağının müxtəlif adlarına nümunələrdir:
Bitki yağı, Palma tumu, Palma tumu yağı, Palma meyvəsinin yağı, Palmat, Palmitat, Palmolein, Qliseril, Stirat, Stirat turşusu, Elaeis Guineensis, Palmit turşusu, Palma Stirin, Palmitoyl Oksostiramid, Palmitoyl Tetrapeptid-3, SLS, Sodium Kernelat, Sodium Palma Kernelat, SLL, Hidratlaşmış Palma Qliseridləri, Etil Palmitat, Oktil Palmitat, Palmitil spirti.
One Green Planet  qeyd edir ki, palma yağının istehsalı üçün geniş palma plantasiyaları meşələrin ərazisini tutur, bu isə oranqutan kimi nəsli kəsilməkdə olan heyvanlara təhlükə yaradır. Palma yağının sağlamlığa təsirinə gəldikdə də, palma ağacının meyvələrindən əldə olunan təzə sıxılmış yağ kifayət qədər faydalıdır. Beləki, yağ təzə halında ürək-damar sistemi problemlərinin riskini azalda bilər. Lakin geniş şəkildə istfadə olunan palma yağının böyük əksəriyyəti emal olunmuşdur. Emal olunmuş palma yağı isə təzədən fərqli olaraq, sağlamlığa biokimyəvi və fizioloji səviyyələrdə ciddi xələl yetirə bilər.
Emal olunmuş palma yağının insan orqanizminə olan təsirləri haqda daha geniş məlumatı  "Plant Foods for Human Nutrition journal"-dan əldə etmək mümkündür. Burada qeyd olunur ki, təzə palma yağından fərqli olaraq emal olunmuş palma yağı insanın reproduktiv, ürək-damar sistemlərinə, böyrək və qaraciyərinə toksiki təsir göstərir. Təbii palma yağı çox tez xarab olduğundan onun istifadə müddətini artırmaq üçün xüsusi üsullarla emal edirlər. Nəticədə təbii və faydalı palma yağı ziyanlı marqarinə çevrilir. Məhz belə palma yağı digər ölkələrdə göndərilir.   
Palma yağının dünyada istehsalçılar arasında bu qədər böyük rəğbət qazanmasının əsas səbəbi trans yağlara daha əlverişli əvəz olmasıdır. Bu da həmin istehsalçılara bağlamanın üzərində "trans yağ yoxdur", "sıfır trans yağ" kimi aldadıcı ifadələri yazmağa imkan verir. Lakin bütün bunlara baxmayaraq, palma yağı trans yağlara nisbətdə daha az təhlükəli olsa da, insan üçün zərərə malikdir. Belə ki, The Human Food Project  veridyi məlumata görə palma yağı orqanizmdə iltihab əmələ gətirə, insulin rezistentliyi və piylənməyə səbəb ola bilir.
Mütəxəssislər  istehsalçıların aldadıcı strategiyalarından qorunmaq üçün, qidanı faydalı ərzaqlardan hazırlamağı, fabrikat və ya yarımfabrikat yeyinti məhsullarından istifadə etməməyi tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 15 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

reseptler qadın geyimi geyim necə seçməli qaynar qazan 2026 qadın ayaqqabı modelləri ayaqqabı və çanta qonaq otagi dizaynlari kosmetika arxadan olmag rus dili seksi novruz bayramı haxışta xlor lekesi