Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA
Ucuz pendir əsasən bitki yağları ilə hazırlanmış saxta məhsul olur.
Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın qida eksperti Anna Dyachkova bildirib.
"Əgər mağazada ucuz pendir görürüksə deməli o pendir deyil, imitasiya məhsuludur," - deyə ekspert xəbərdarlıq edib.
"Təmiz pendirin xammalına xeyli pul sərf olunur. "1 kq təbii pendir hazırlamaq üçün təxminən 10-11 litr süd lazımdır. Etibarlı istehsalçıdan bir litr keyfiyyətli süd bu gün 40-50 rubl təşkil edir. Və bu yalnız xammaldır," - deyə o əlavə edib.
O qeyd edib ki, məhsulun qiymətinə həmçinin fermentlər, qablaşdırma, elektrik, su, əmək haqqı, logistika və avadanlıq amortizasiyası daxildir.
"Ucuz pendirlər palma yağından hazırlandığı üçün daha aşağı qiymətə təklif olunur. Zərərli deyil, amma dadı və qida dəyəri təbii pendirdən fərqlidir" - deyə Dyachkova vurğulayıb.
Qida eksperti təbii pendirlə bitki yağından hazırlanmış pendiri ayırd etməyin üsullarını açıqlayıb. O bildirib ki, təbii pendir qızdırıldıqda əriyir, ip kimi uzanır və yumşaq homojen kütlə əmələ gətirir. Bitki yağları ilə hazırlanan məhsul isə hissələrə ayrılır, yağ damcıları görünür, kəskin marqarin qoxusu verir.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Süni tənəffüs aparatına qoşuldu
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü