Palma yağının orqanizmimizə vurduğu ziyanlar

Palma yağının orqanizmimizə vurduğu ziyanlarDünyada ən çox istifadə edilən bitki yağı olan palma yağı daha çox zərərli təsirləri ilə gündəmdədir. Hazır qidalarla qəbul etdiyimiz bu yağ orqanizmə nə kimi təsir edir?
Milli.Az axşam.az-a istinadən bildirir ki, xurma ağacı növü olan "Elaeis guineensis" meyvələrindən istehsal edilən palma yağı, bu gün ən çox istifadə edilən bitki yağlarından biridir. Mütəxəssislərin fikrincə, bir çox hazır qidaların tərkibində istifadə olunan bu yağ ağır xəstəliklərə yol aça bilər.
Palma yağı bir çox şəkərli və şirin qablaşdırılmış ləzzətli qidalarda, marqarinlərdə, hazır şorbalarda, bulyon tabletlərində, peçenyelərdə, cips, konfet, jele kimi məhsullarda və səhər yeməyi fıstıq, fındıq və şokolad pastalarının əksəriyyətində var. Palma yağı dondurulmuş kartof, ravioli, dondurulmuş pizza kimi bir çox başqa məhsulda da yer alır. Bu yağa davamlı və ucuz olduğu üçün üstünlük verilir. Qidada və məhsulda teksturanın qorunmasını təmin edir. Bununla belə, sabun, dəri losyonu, pomada, uşaq qidası və uşaq bezləri kimi bir çox tez-tez istifadə olunan məhsulların tərkibində də var.
Paketlərdəki məhsulun təzəliyi, davamlılığı və uzunömürlülüyü palma yağı sayəsindədir. Palma yağından qablaşdırılmış məhsulların üzərində gömrük tarifi statistikası kodu bağlamaların üzərində 151110 kimi yazılır. Bu kod həmin məhsulda palma yağından istifadə edildiyini göstərir.
Xurma yağından uzaq olmaq üçün əvvəlcə qablaşdırılmış və hazır qidaların istehlakını azaldın. Mövsümi və təzə tərəvəz və meyvələr, paxlalılar və qoz-fındıq yeyin. Həftənin 2 günü pəhrizinizə Omeqa-3 ilə zəngin balıq əlavə edin. Ümumiyyətlə, qidalarda zeytun yağından istifadə etməyə çalışın. 
Palma yağı hansı xəstəliklərin yaranmasına gətirib çıxarır?
Bazarda olan bir çox məhsul palma yağını çox yüksək temperaturlara məruz qoyaraq istifadə edir. Yüksək temperatura məruz qalan palma yağı orqanizm üçün təhlükəlidir.
Xərçəng riskini artırır: Xurma yağı yüksək temperatura məruz qaldıqda kanserogen maddələr əmələ gətirir və xərçəng riskini artırır.
Çəki artımına səbəb olur: Təbii olaraq palma yağında olan palmitrik turşunun tərkibində çəki artımı və piylənmə riskini artıran yağ turşuları var.
Həzmi çətinləşdirir: Xurma yağı emal proseslərindən keçdikdən sonra qida dəyərinin böyük hissəsini itirir və çətin həzm olunan yağa çevrilir. Bu səbəbdən palma yağından istifadə etmək tövsiyə olunmur.
Xolesterolu artırır: Nə palma yağında, nə də xurma çəyirdəyi yağında xolesterin olmasa da, bu yağlarda olan yüksək miqdarda doymuş yağlar damarlarda toplanıb lövhə əmələ gətirərək, ürək xəstəliyi və insult riskini artırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 22 noyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

donlar 2026 sac duzumleri aksessuarlar veremum gül buketləri qadin ehtirasi artiran dermanlar nergiz pasayeva kosmetika veten haqqinda atalar sozleri novruza aid hakışda kökəlmək üçün hakista novruz hakısdası