Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir - DİQQƏT

Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir - DİQQƏTPaltaryuyan maşınlarla yuyulan paltarlarda bir çox bakteriya növü aşkar edilib.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərevdə istifadə olunan enerjiyə qənaət edən paltaryuyan maşınların aşağı temperaturda yuyulduğundan bakteriyalar üçün əla bir ev olduğunu söyləyirlər.
Lakin onlar maşınlarda olan bu bakteriyaların sayının çox vaxt insanları ağır xəstəliyə salmaqüçün kifayət etmədiyini də vurğulayıblar.Mütəxəssislər, paltaryuyan maşınınızın içini tez-tez təmizləməyinizi və yuyulmuş paltarlarınızı maşında çox uzun müddət saxlamamağınızı tövsiyə edir.
Təəssüf ki, bu gün yüksək səmərəli paltaryuyan maşınlar köhnə maşınlarla müqayisədə bakteriyaları lazım olduğu qədər məhv edə bilmirlər. Almaniyadakı uşaq xəstəxanasında yeni doğulmuş bir körpənin geyimində dərmana dayanıqlı bir patogenlərin aşkarlanmasından sonra mütəxəssislər yeni araşdırmaya başlayıblar. Nəticədə tədqiqatçılar xəstəxananın yeganə paltaryuyan maşınının bu patogenə cavabdeh olduğunu söyləyiblər.
Belə ki patogenlərin mənbəyinin bu maşında yığılan bakteriyaların olması müəyyən edilib. Xoşbəxtlikdən xəstəxanada heç bir körpə buna görə xəstələnməyib və böyük bir sensasiyanın qarşısını alınıb.
Mütəxəssislər, bu zərərli patogenin hər maşına yoluxa biləcəyini, lakin bir çox insanın gündəlik olaraq xəstəxana kimi böyük ictimai yerlərə getməsi bu riski olduğundan daha böyük hala gətirib çıxarır. Çünki orada istifadə edilən maşınlar daha təhlükəlidir.
Ciddi infeksiyalara səbəb ola biləcək bu tip bakteriyalar, böyüklər üçün çox vaxt çox zəif təsirli olur. Ancaq uzun müddət bakteriyalara məruz qalma gələcəkdə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
Xüsusilə evinizdıə sizinlə birlikdə yaşlı şəxslər və ya yeni doğulmuş uşaq varsa sağlamlığınız üçün tədbir görmək mütləqdir. Paltaryuyan maşınlarınızı bakteriyalardan qorumaq üçün bəzi ehtiyat tədbirləri görülməlidir.
Mütəxəssislər, ən azı ayda bir dəfə maşınınızın içərisini və astarını ağartma ilə təmizləməyi məsləhət görürlər. Paltaryuyan maşınlara, xüsusilə vanna otağı kimi rütubətli mühitlərdə daha diqqətli olmalıdırlar, çünki bu rütubətli mühitlər bakteriyaların böyüməsi üçün idealdır.
Dəri infeksiyalarına, mədə daralmasına, qusma və ishala səbəb olan ümumi bakteriyalar belə mühitlərdə çox tez böyüyür və zəif immunitet sistemi olan insanlara asanlıqla təsir edir.
Paltaryuyan maşınlarınızı yuyucu su ilə təmizləməklə yanaşı, maşınlarınız özünüdə yuya bilərsiniz. Bunun üçün, ayda bir dəfə paltarlarınız olmadan boş halda maşını yüksək miqdarda yuyucu vasitə qoyaraq maşını işlətməyiniz tövsiyə olunur.
Bundan başqa mütəxəssislər çoxda çırk olmayan əşyalarınızı yuyarkən belə maşını 60 dərəcədən aşağı temperaturda istifadə etməyinizi məsləhət görmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1504   Tarix: 13 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geymler 2026 kosmetoloq sac duzumleri konservləşdirilmiş məhsullar kitayski roza darcin faydasi qadın hüquqları kosmetika dostluq atalar sözü usaq geyimleri novruz bayramına aid hakışda pizza