Parasetamolun xəyanətlə əlaqəsi üzə çıxdı
Dünyada ən çox istifadə olunan ağrıkəsicilərdən biri olan parasetamolun (asetaminofen) insan psixologiyasına təhlükəli təsirləri aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu dərmanın xəyanətə belə zəmin yarada biləcəyi iddia olunur.
Ohayo Dövlət Universitetinin alimləri tərəfindən aparılan araşdırma paratsetamolun təkcə fiziki ağrını deyil, həm də qorxu və narahatlıq hissini azaltdığını ortaya çıxarıb. Alimlərin fikrincə, bu dərman insanı daha qorxusuz və düşüncəsiz edir, nəticədə o, daha cəsarətli və riskli qərarlar verir.
Təcrübə zamanı dərman qəbul edən könüllülər qorxu və nəticələr haqqında az düşünərək daha çox riskə gediblər. Bu təsir, alimlərə görə, insanın beyin fəaliyyətində təhlükə siqnallarını azaldan dəyişikliklərlə bağlıdır. Beləliklə, paratsetamol qəbul edən şəxslər qumar, yalan danışmaq, narkotik istifadəsi və hətta xəyanət kimi davranışlara qarşı daha meylli ola bilər.
Tədqiqatın müəllifi Dr. Way bildirib ki, bu dərman riskləri daha az qorxulu göstərir və insanları tez qərar verməyə sövq edir. O deyib: "Asetaminofen qəbul edənlər ətrafdakı təhlükələri ya hiss etmir, ya da əhəmiyyət vermirlər. Bu, münasibətlərdə xəyanət kimi addımların daha asan atılmasına gətirib çıxara bilər."
Alimlər bu dərmanın geniş yayılmış istifadəsinin cəmiyyətə mənfi psixoloji təsirlərini daha dərindən öyrənmək üçün əlavə araşdırmalar aparmağı planlaşdırır.
İsmayıl
Milli.Az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın