Payız depressiyasını dəf etmək üçün ideal rejim

Payız depressiyasını dəf etmək üçün ideal rejimBritaniyanın Daily Mirror tabloidi müxtəlif sahələrdən olan mütəxəssislərin fikrini öyrənərək payız depressiyasından yaxa qurtarmaq istəyənlər üçün ideal rejim düzənləyib.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, gümrah olmaq üçün mütəxəssislər bioloji saatlara riayət etməyi məsləhət bilirlər. Qeyd olunur ki, bu, gün ərzində enerjini maksimum həddə çatdıraraq rahat gecə yuxusunu təmin edir. Yəni günün eyni vaxtında, yaxşı olar ki, təxminən səhər 7 radələrində oyanmağınız məsləhətdir. Əgər gecə gec yatmısınızsa, yenə də eyni saatda oyanmaq vacibdir. 
Oyanan kimi səhər metabolizmini işə salmaq lazımdır - bunun üçün yüngül  isinmə hərəkətləri, gimnastika və ya gəzinti kifayət edər. "Günortaya qədər gəzintiyə çıxmaq sağlam yuxu üçün çox vacibdir", - məşqçi Aaron Braun tabloidə bildirib. Onun sözlərinə görə, burada əsas amil işığın orqanizmə təsir gücüdür.  Növbə ilə işləyib, qaranlıqda oyananlara isə laytboks (işığı bərabər qaydada yayan geniş səthli işıqlandırıcı - red.) alaraq hər səhər onu 30-90 dəqiqə ərzində qoşmaq tövsiyə olunur.
Saat 8-də səhər yeməyi yemək olar. Bu zaman yaxşı olar ki, enerjinin tədricən tükədilməsinə yardım edən ərzaqlardan istifadə olunsun. Biohaker Tim Qrey deyir ki, səhər yeməyində şirniyyat, yaxud şirin lopa yemək yaxşı deyil. Buna alternativ olaraq kəpəkli undan bişmiş tostun üzərinə şəkərsiz araxis yağı çəkərək üzərinə banan dilimləri düzüb yemək olar.
Saat 9 üçün orqanizm çətin vəzifələri yerinə yetirməyə hazırdır. Bu zamanı yeni bacarıqların öyrənilməsinə sərf etmək olar. Proses zamanı içilən qəhvə təkcə diqqəti artırmır, o həm də antioksidantla zəngindir. Qəhvəni 12-dək içmək daha məsləhətdir, çünki kofeinin orta səviyyədə parçalanması təxminən 5 saat vaxt alır. Günortadan sonra içilən qəhvə yuxunun dərinliyinə təsir etməyə qadirdir.
Nahar doyurucu və balanslaşdırılmış olmalı, orqanizmi bütün gün üçün enerji ilə təmin etməlidir. Qrey məsləhət görür ki, arada, hətta gün batanadək qəlyanalı etmək pis olmaz. 14:00-da mütəxəssislər bir qədər mürgüləməyi tövsiyə edirlər.
"10-30 dəqiqəlik yuxu diqqəti artırır, qan təzyiqini isə azaldır", - Co Uebber deyib.
Orqanizmin fiziki pik həddi 18:00-a təsadüf edir. Ona görə həmin vaxt idmanla məşğul olmaq üçün ən əlverişli sayılır. Axşam təmrinləri orqanizmdəki bütün izafi adrenalinin sərf olunmasına şərait yaradaraq rahat yuxunu təmin edir.
Şam yeməyini gün batanadək yemək daha yaxşıdır, belə halda orqanizm daha çox insulin ifraz edir. Yuxudan 1 saat öncə mütəxəssislər mavi işıq verən bütün işıq mənbələrini söndürməyi məsləhət bilirlər. Mavi işıq melatoninin yaranmasını əngəlləyir. Gecə yuxusu 7-9 saat sürməlidir.
Payız-qış depressiyasından ən çox əziyyət çəkənlərə gəldikdə isə buraya adətən, hündür, çox arıq, bir qədər  bədbin, eləcə də kök və nevrozlara meylli adamları aid edirlər. Orta məktəb şagirdləri və yeniyetmələr də risk altındadırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1179   Tarix: 06 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 gelinlikler kombinler 2026 yay yoğun bağırsaq xəstəlikləri viktoriya sekret zeytun mürəbbəsi kosmetika sağlamlığa aid atalar sözləri lakonizm kəlamlar gulmeli hakista vidyolar