Payızda koronavirusdan necə qorunaq? - TÖVSİYƏ
Soyuq mövsümdə qrip və KRVİ epidemiyaları koronavirusun yayılması ilə üst-üstə düşə bilər. Bu səbəbdən səhiyyə sisteminə təzyiqi azaltmaq üçün tədbirlər görülməlidir.
Milli.Az xəbər verir ki, bu barədə İsrailin İxilov Hospitalının həkimi Gay Hoşen xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, peyvənd mövsümi qripə qarşı ən təsirli vasitədir.
"Qarşıdan gələn epidemiyaların mürəkkəbliyi bu xəstəliklərin əlamətlərinin demək olar ki, fərqlənməməsidir", - deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, COVID-19-a çox bənzəyən müxtəlif tənəffüs yolları viruslarının simptomları olan xəstələr xəstəxanalara axın etməyə başlayacaqlar:
"Mikrobioloji yoxlama edilməyincə fərqi müəyyənləşdirmək olduqca çətindir. Səhiyyə sistemi çox yüklənəcək", - deyə həkim xəbərdarlıq edib.
O, payız fəslində qripə qarşı peyvəndin icbari olmasını təklif edib.
Xatırladaq ki, dünyada 14 280 589 nəfərdə koronavirus aşkar edilib. Virusa yoluxanlardan 601 268-i ölüb, 8 531 281-i sağalıb. (publika.az)
Milli.Az /news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi
Mustafa məhkəməni uduzdu - Serbiyada ev alacaq