Pecet xəstəliyi

Pecet xəstəliyiPecet xəstəliyi (və ya osteodistrofiya) sümük toxumasının bərpa mexanizminin pozulması ilə xarakterizə olunan və səbəbi tam aşkar edilməyən xəstəlikdir.
İnsan orqanizmində sümük toxuması hüceyrələri mütəmadi olaraq dağılır və yeniləri ilə əvəz olunur. Pecet xəstəliyi zamanı bu proses pozulur ki, nəticədə sümüklər kövrək olur, deformasiyalara uğrayır, əyilir və qırılmağa meyilli olur.
Pecet xəstəliyinə əsasən yaşı 40-dan yuxarı olan insanlarda rast gəlinir. Kişilərdə qadınlara nisbətən iki dəfə çox müşahidə olunur. Xəstəliyin inkişaf etmə səbəbləri  məlum olmasa da, son illər aparılan elmi araşdırmalar nəticəsində xəstələrin osteoklastlarında (sümüyü yenidən quran hüceyrələr) virusabənzər cisimciklər aşkar edilib. Xəstələrin həmin virusa həyatın erkən mərhələsində yoluxduğu güman edilir və proses ləng tipli virus infeksiyası kimi inkişaf edir. Digər tədqiqatlar xəstəliyin genetik xarakterini (irsi xəstəlik) aşkara çıxarmışdır.
Xəstəlik orqanizmin istənilən sümüklərini zədələyə bilər. Xəstələrin üçdə birində yalnız bir, əksəriyyətində isə ən azı üç sümük zədələnir. Daha çox çanaq, onurğa, kəllə, yuxarı və aşağı ətrafların uzun borulu sümükləri prosesə cəlb olunur.
Xəstəliyin simptomları arasında:
- sümüklərdə arasıkəsilməyən və heç bir yükləmədən asılı olmayan ağrılar. Ağrılar küt və ya sızıldayan ola bilər.
- oynaqların hərəkətliliyinin pozulması,
- tez-tez baş verən sınıqlar (hətta ən kiçik travmalar nəticəsində),
- ayaqların X və ya O formasında əyilməsi,
- baş və üz formasının dəyişilməsi (baş böyüyür, üz kiçik qalır),
- zədələnmiş kəllə sümükləri sinirləri sıxır ki, bunun nəticəsində görmənin və  eşitmənin pozulmaları, güclü baş ağrıları inkişaf edir.
Çox nadir hallarda olsa da bəzən Pecet xəstəliyi fonunda xərçəng xəstəliyi (ikincili osteosarkoma) inkişaf edə bilər.
Pecet xəstəliyinin laborator diaqnostikası qanda qələvi fosfataza miqdarının təyininə əsaslanır. Xəstələrdə onun miqdarı normadan çox yüksək olur. Həmçinin qanda və sidikdə kalsiumun səviyyəsi də normadan yuxarı olur. Bundan əlavə zədələnmiş sümüklərin rentgenoqrafik müayinəsi də aparılır.
Bu xəstəliyin müalicəsi ilə həkim-ortoped məşğul olur. Xəstəlik tam müalicə olunmur. Lakin müalicənin köməyi ilə xəstənin vəziyyətini yüngülləşdirmək, xəstəliyin inkişafını xeyli ləngitmək və ağır fəsadların inkişafının qarşısını almaq mümkündür.
Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1170   Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid