PEDİATRDAN XƏBƏRDARLIQ: "Qızdırmalı uşağı spirtlə, sirkə ilə silmək olmaz"

PEDİATRDAN XƏBƏRDARLIQ: "Qızdırmalı uşağı spirtlə, sirkə ilə silmək olmaz""Temperaturun qalxması uşaqlarda ən çox rast gəlinən hallardan birdir. Qızdırma xəstəlik deyil, simptomdur və heç də hər zaman xəstəlik əlaməti kimi ortaya çıxmır. Amma yüksək hərarət varsa, səbəbsiz deyil. Bu səbəbin nə olduğunu araşdırmaq gərəkdir". Qadinsayti.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında pediatr, Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi Nigar Sədiyeva deyib.

Mütəxəssis bildirib ki, hər şeydən əvvəl qızdırmanın fizioloji bir vəziyyət, yoxsa xəstəliyin əlaməti olduğunu aydınlaşdırmaq lazımdır. Bunu ayırd etmək üçün uşaq klinik olaraq hərtərəfli dəyərləndirilməlidir.

Onun sözlərinə görə, temperatur bəzən adi fizioloji hal, bəzən isə ciddi bir problemin göstəricisi ola bilər: "Yəni temperaturun yüksəlməsi ətraf mühit faktorları ilə, uşağın susuz olması, Günəş şüalarına məruz qalması, diş çıxarması ilə də bağlı ola bilər. İstənilən bu kimi vəziyyətlərdə bədən temperaturu qoruyucu mexanizm kimi də yüksələ bilər. Adətən valideynlər hərarət 37 olan kimi təlaşa düşürlər. Əsas yanlış budur. Halbuki yeni doğulmuşda 37,5 temperaturu normal sayılmalıdır".

"Temperatur varsa, demək bədəndə infeksiya var" fikrinin yanlış olduğunu deyən həkim bildirib ki, temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir: "Ola bilər ki, temperatur var, amma infeksiya yoxdur, araşdırma aparanda uşaqda şiş olduğu, hərarətin bunun əlaməti olduğu aydın olar. Ona görə də yüksək temperatur varsa, həkim tərəfində dəyərləndirilməlidir".

N. Sədiyeva deyib ki, uşaqlarda qızdırma bir gündən artıq davam edərsə, həkimə müraciət edilməlidir: "Yaxşı olar ki, valideynlər hərarət olan kimi uşağa qızdırma salan dərmanlar verməsinlər. İlk növbədə hərarəti salmaq üçün fiziki üsullara müraciət olunmalıdır. Orta dərəcəli hərarət varsa, əlavə vasitələr olmadan uşağı soyundurmaq, ilıq bezlərdən istifadə edərək su ilə kompres qoymaq, ilıq duş qəbul etdirmək lazımdır. Yox, temperatur çox yüksəkdirsə, risk faktorları varsa, ailədə hərarətdən qıcolma keçirmək kimi hallar olubsa, o zaman dərmandan istifadə edilməlidir".

Onun sözlərinə görə, qızdırmalı uşağa soyuq duş qəbul etdirmək yanlış addımdır: "Uşaqlarda 37,5 temperatur görən kimi bədəni soyutmağa çalışır, soyuq duşun altına salırlar. Bu, yanlış addımdır. 37,5 həddə olan temperaturu birdən-birə aşağı salmaq uşaq orqanizmində hipotermik bir vəziyyət yaradır. Bu zaman hipotermiyanın yaratdığı problemlərlə üz-üzə qalırıq. Nəzərə almaq lazımdır ki, temperatur orqanizmin qoruyucu reaksiyasıdır. Həm də soyuq deyil, ilıq sudan, yəni uşağı bədən hərarətindən bir qədər aşağı olan sudan istifadə etməyi tövsiyə edirik. 29-32 dərəcə temperaturda olan sudan vanna kimi istifadə olunmalıdır. Duşu ayaqdan başlayaraq etmək lazımdır. Temperatur bununla da düşmürsə, o zaman dərman preparatlarından istifadə etmək olar".

Mütəxəssis qızdırma zamanı yol verilən əsas yanlışlardan birinin də antibiotik tətbiqi olduğunu vurğulayıb: "Bəzən hesab edirlər ki, antibiotiklərdən istifadə hərarətin salınmasında yaxşı effekt verir. Antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır".

Həkim onu da deyib ki, kəskin respirator infeksiyaların ilkin mərhələsində simptomların zəifləməsi üçün dərmanlardan istifadə yanlış addımdır: "Halbuki istifadə olunan dərmanların tərkibində elə maddələr var ki, ilkin mərhələdə burunda selik ifrazını azaldır. İfrazın artması əslində qoruyucudur. Bununla tənəffüs tənzimlənir, burun özü-özünü viruslardan qorumağa çalışır. Eyni zamanda virus infeksiyalarının aşağı tənəffüs yollarına daxil olmasına mane olur. Bu dərmanların qəbulu xəstəliyin ilk günlərində simptomların yüngülləşməsinə şərait yaratsa da, xəstəliyin davam etmə müddətini uzatmış olur. Çünki bu dərmanları qəbul etməklə qoruyucu mexanizmlərin qarşısını alırıq. Biz bunun əvəzində bol maye qəbul edilməsini məsləhət görərdik. Bu, hər şeydən əvvəl temperaturla mübarizədə effektli addımdır. İkincisi, burun tənəffüsünü açıq tutmaq lazımdır. Yaşı nəzərə almaqla fərqli burun damcılarından istifadə etmək olar".

Mütəxəssis deyib ki, qızdırmalı uşağı spirtlə, sirkə ilə silmək yanlışdır, çünki bu kimi hallarda uşaq toksik təsirinə məruz qala bilərlər.

Pediatr ilk üç yaşda qızdırmalı uşaqlara "Aspirin" preparatı verməyin ziyanlı tərəflərini açıqlayıb: "Konkret olaraq bu preparatın qaraciyərə və beynə toksik təsiri Reyno sindromu ilə nəticələnə bilər".

Qızdırma zamanı yaranan qıcolmalar barədə suala cavabında N. Sədiyeva deyib ki, qızdırma fonunda qıcolmanın baş verməsi üçün mütləq yüksək 39-40 dərəcə temperaturun olması şərt deyil: "Bəzən temperaturun 37,5 olduğu halda da qıcolmanın baş verməsi mümkündür. Biz adətən hərarət 38,5-i keçəndə hərarət salan dərmanların tətbiqini tövsiyə edirik. Amma ailədə qıcolma ilə bağlı risk faktoru varsa, bu kimi hallarda artıq temperaturun 37,5 olması bizim üçün sərhəd olur".

Həkim belə hallarda rektal, yəni bağırsağa yeridilən preparatların istifadəsini tövsiyə etmədiklərini bildirib.

N. Sədiyevanın sözlərinə görə, qızdırma zamanı hərarət salan dərmanlardan istifadə edərkən mütləq yaş faktorları nəzərə alınmalıdır.

O qeyd edir ki, 6 aya qədər uşaqlarda bəzi hərarət salan dərmanlar əks göstərişlidir. Onlar mütləq həkim tövsiyəsi və düzgün dozada, dəqiq şəkildə istifadə olunmalıdır.

Mütəxəssis temperatur fonunda baş verən qıcolmanın ilk üç yaşda təkrar olunma riskinin olduğunu da qeyd edib. Bildirib ki, qıcolma 2-3 dəqiqədən çox davam edirsə, beynin oksigenlə təmin olunması funksiyası pozulur, bunun da fəsadları ola bilər: "Qıcolma baş veribsə, bunun sadəcə, adi bir qızdırmaya bağlı olan, yoxsa beyində olan problemlə bağlı ortaya çıxan bir hal olduğu dəqiq araşdırılmalıdır. Yalnız bundan sonra valideynə qıcolmaya qarşı hansı profilaktik tədbirləri görməyi, qıcolma zamanı nə etməyin vacib olduğunu tövsiyə edirik. İlkin olaraq tənəffüs pozulmasının qarşısını almaq lazımdır və təbii ki, qızdırmanı aşağı salmaq üçün tədbirlər görülməlidir. Belə uşaqlara əvvəlcədən qıcolma əleyhinə preparatlar təyin olunur və valideynə izah olunur ki, temperatur 37,5-i keçərsə, həmin preparatlardan istifadə olunsun".

Xəbərlər     Baxılıb: 1783   Tarix: 01 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı

Sarımsaq balı, ənənəvi Çin təbabətində yüksək dəyərləndirilir və artıq 2500 ildən çoxdur ki, tətbiq olunan kompleks müalicə sisteminə daxildir. Ancient Digin səhifəsində allergiya tutmaları zamanı sarımsaq balının faydalar

.

Bunu hərgün için - Bağırsaqları qoruyur

Kefir təkcə həzm sisteminə deyil, həm də bağırsaqlardakı iltihabı azaltmağa kömək edir və sağlamlıq üçün mühüm içkidir. bildirir ki, bu barədə dietoloq Beyaz Tağraf bildirib. O qeyd edib ki, kefir təkcə həzm sisteminə deyil

.

Gülüşün sağlamlığa FAYDALARI

Gülüş həm əhvalı yüksəldə bilər, həm də bədənin xəstəliklərlə mübarizə aparmasına kömək edir. xəbər verir ki, bu barədə sorğuda iştirak edən ekspertlərə istinadən məlumat yayıb. Tibbi müşahidəçi Oksana Naralenkova aydınlaşdırı

.

Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul

Makaron illərdir səhv üsulla bişirilir. bildirir ki, makaronun ən doğru bişirmə üsulu onu birbaşa sobada hazırlamaqdır. Mütəxəssislər bildiriblər ki, makaronu əvvəlcədən yarı bişirib sonra sobaya qoymaq əksinə, dadını azaldı

.

Bu vərdişlər səssizcə beyninizə zərər verir

Zaman-zaman nəyisə unutmaq adi hal sayıla bilər. Lakin unutqanlıq gündəlik həyatınıza mənfi təsir göstərməyə başlayarsa və ətrafınızdakılar da bu vəziyyəti hiss edirsə, mütləq mütəxəssisə müraciət edilməlidir. xəbər veri

.

Alçanı duzla yeməyin ziyanları

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir. xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrində

.

Solaxaylara pis xəbər - Bu xəstəliklərə daha çox meyllidirlər

Dünyadakı insanların təxminən 10 faizinin solaxay olduğu məlumdur. Lakin bu nadir xüsusiyyət əsrlər boyu təkcə fərqli əl üstünlüyü kimi deyil, eyni zamanda cəmiyyətlərdə sosial qərəzlərin hədəfi kimi də tanınıb. İndi is

.

Ürək və mədənin bədənin əks tərəfində olmasının SƏBƏBLƏRİ NƏDİR?

İnsan bədəni təbiətin mürəkkəb və bənzərsiz strukturlarından biridir. Bəzən orqanların yerləri ilə bağlı təbii bir fərqlilik meydana gələ bilər ki, buna tibbdə "situs inversus" adı verilir. Bu nadir hal, bədəni

.

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Ürək sağlamlığını qorumaq üçün doğru qidalanma çox vacibdir. Uzun illər boyunca narın ürək üçün ən faydalı meyvələrdən biri olduğu düşünülürdü. -ın məlumatına görə, son elmi araşdırmalar göstərir ki, avokado ürək və dama

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri toy makiyaji sekilleri donlar 2025 mütləq bilməlisiniz zorlama ailə hamiləlik qadin tumani məsəllər tanisliq öpüşme baldiza aid gəncə