Pəhriz saxlayarkən qidalar balanslaşdırılmış şəkildə qəbul edilməlidir
Pəhrizin orqanizm üçün çoxlu faydası var. Pəhriz saxlayanlardan bəziləri həkim məsləhəti, bəziləri isə öz bildiyi kimi qidalanmağa üstünlük verir. Mütəxəssislər bəzən diyeta ilə pəhrizi səhv salanların da olduğunu bildirirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Həkim-diyetoloq Ləman Süleymanova deyib: "Təəssüflər olsun ki, pəhriz dedikdə yalnız arıqlamaq, çəki atmaq üçün olan diyetlər nəzərdə tutulur. Diyetologiya yalnız arıqlamaqdan ibarət deyil. Burada hər bir xəstəliyə uyğun və hər kəsə fərdi qaydada pəhriz növləri nəzərdə tutulur".
Xəstəliklər müəyyən edildikdən sonra ona uyğun pəhriz tətbiq olunmalıdır: "Ürək xəstəliyi, mədə-bağırsaq xəstəliyi olanların bir-birindən tam fərqli pəhrizləri var. Məsələn, böyrək xəstələrinə tərkibində daha az protein olan pəhrizlər məsləhət görülür. Ona görə bu fərdilik məsələsinə mütləq əməl olunmalıdır".
Psixoloqların dediyinə görə, həddən artıq pəhriz saxlamaq müəyyən psixoloji problemlərə səbəb olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: "Düzgün qidalanmamaq, pəhriz qidalarından rejimsiz istifadə etmək depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur. Belə halda onlar sosial cəhətdən də özlərində məhdudiyyətlər qoyurlar, çünki düzgün qidalanmamaq düzgün olmayan həyat şəraitinə aparıb çıxarır".
Pəhriz saxlayarkən qida rasionunda karbohidratlar, yağlar və zülallar balanslaşdırılmış qaydada olmalıdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Kızılcık şərbəti'ndən qovulan Doğukan bu serialda çəkilir
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Mustafa məhkəməni uduzdu - Serbiyada ev alacaq