Pəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir?

Pəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir?Pəhrizə başlayarkən yeməyin temperaturuna əhəmiyyət vermədən ilk növbədə nəyi və hansı miqdarda yemək düşünülür. Düzgün həzm və istədiyiniz çəkiyə sahib olmaq üçünsə, istehlak edilən yeməyin temperaturu da mühüm rol oynayır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ötən əsrin 80-ci illərində geniş istifadə olunan "soyuq pəhriz"in əsas qaydası qidanın soyuq, hətta bəzən buzlu formada yeməsi idi. Bu pəhriz sürətli arıqlamaq vəd etsə də əslində bu belə deyil. Çünki bədən enerjini təkcə yeməyi həzm etməyə deyil, həm də temperaturu tarazlamağa sərf edir. Bu pəhriz çəki atmaqdan çox disbakterioz və mədə-bağırsaq traktının ciddi problemlərinin yaranmasına səbəb olur.
Buna görə də ilk növbədə soyuq qidalardan imtina etməlisiniz. Soyuq yemək mədə-bağırsaq traktından daha sürətli keçir. Nəticədə zülallar amin turşularına parçalanmadan və həzm olunmadan bağırsaqlara daxil olur. Bu da ən yaxşı halda mədədə ağırlıq, ən pis halda isə disbakteriozun inkişafı, metabolik prosesin pozulması və hətta mədə-bağırsaq traktının ciddi xəstəlikləri ilə nəticələnir.
Yağda bişmiş istənilən yemək - un məmulatları, ət və ya tərəvəz isti yeyilməlidir. Soyuq olduqda, yağlar daha pis parçalanır, qarında narahatlıq və ağırlıq yaradır. Eyni zamanda, dietoloqlar da bütün bişmiş yeməklərin isti yeyilməsini tövsiyə edirlər.
Bu qayda yalnız kartof üçün istisnadır. Bişmə zamanı tərəvəzin tərkibindəki nişastada reaksiyalar baş verir ki, bu da yalnız soyuduğu zaman bitir. Bu səbəbdən kartofun soyuq halda istehlak edilməsi tövsiyə olunur.
Digər bir əsas qayda isə isti yeməyi soyuqla qarışdırmamaqdır. Bu birləşmə vaxtından öncə toxluq hissinin yaranmasına mane olur. Bu da insanı həddindən artıq yeməyə təşviq edir.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1347   Tarix: 23 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

adlarin menasi qis geyimləri 2026 toy makiyaji sekilleri atalar sözləri elm haqqinda azerbaycan xalq mahnilari adlari seksin növləri intim məktəb kosmetika faydalı maskalar novruz hakışdaları bahar vətən həsrəti uzeyir