Peşənizi temperamentinizə uyğun seçin

Peşənizi temperamentinizə uyğun seçinİşiniz xoşunuza gəlmir? Bəlkə səbəb onun sizin temperamentinizə uyğun olmamasıdır. Sizə uyğun peşəni seçməyi bacarın.

İş, peşə seçimi uşaqlıq arzusu, prespektiva, maaş səviyyəsi kimi faktorlarla eyni zamanda işin insan xarakterinə, temperamentinə uyğunluq faktoruna fikir verilməlidir.

Temperament sözünün latın dilində hərfi tərcüməsi "hisslərin (qarşılıqlı) lazımi qarşılıqlı nisbəti" deməkdir. Yunan həkimi Hippоkratın (V-IV əsr) yanaşmasında bildirilir ki, temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji xüsusiyyətləri nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, хоlerik, fleqmatik və melanхоlik adları ilə müasir psiхоlоgiya indi də işlənilməkdədir.

Xoleriklər

Bu tip temperamentə malik olan insanlar cəld olub, işə bütün ruhu ilə verilirlər. Xoleriklər çətinlikləri dəf etməyi sevirlər. Lakin tarazlığını tez itirən, emosional və xasiyyəti tez dəyişən insanlar olur. Xoleriklər çətin işlərdən yapışır və öz imkanlarını adətən şişirtməyə meyillidirlər. Xoleriklər rəhbərliklə heç bir zaman razılaşmır, lakin sonadək də inad etmir. Xoleriklər yüksək konsentrasiya və enerji tələb edən işləri sevirlər. Xoleriklər liderdilər, "day-day" hesabına yaşamağı sevmirlər, sutkalarla işləyə bilərlər və ağır işdən sonra tez bir zamanda bərpa oluna bilirlər.

Xoleriklər üçün artist, təyyarəçi, cərrah, inşaatçı, menecer, aşbaz, müstəntiq, iş adamı, elektrik, jurnalist kimi peşələr uyğun ola bilər.

Fleqmatiklər

Fleqmatik – astagəl, heç bir emosiyası olmayan bir insanlardır, əhval-ruhiyyəsi demək olar ki, stabil olaraq qalır. Fleqmatiklər çox az olar ki, emosiyalarını üzə verə bilsinlər. Fleqmatiklərin astagəlliyi işdə, evdə, təhsildə və s. yerlərdə özünü göstərir. Buna görə də fleqmatiklər üçün sakit, əziyyətli iş uyğundur. Böyük səbirə malik olan bu insanlar başlarını aşağı salıb işləyəcəklər.

Fleqmatiklər ideya irəli sürən olmadıqları üçün, liderlik onlarlıq deyildir. Həmçinin yeni iş yeri və yeni şəraitə çox çətin adaptasiya olurlar. Fleqmatiklərə uyğun peşələr iqtisadçı, mühasibat, terapevt, mexanik, elmi işçi, kənd təsərrüfatı işçisi və s.

Sanqviniklər

Sanqviniklər dünyanın ən "sağ" insanlarıdır. Onlar çətinlikləri tez keçirlər, yüksək enerjili, psixoloji aktivlikləri ilə fərqlənirlər. Sanqviniklər tez "yanıb", tez "sönürlər". Bu insanlar yeni peşəyə tez bir zamanda adaptasiya olurlar. Buna görə də sanqviniklər əsas ixtisasları ilə yanaşı daha bir neçə peşəyə yiyələnə bilirlər. Monoton bir iş sanqviniklər üçün "ölümə" bərabərdir. Müəllim, rəhbər, tərbiyəçi, təşkilatçı, mühəndis, psixoloq və s. əsl sanqvinik peşələridir.

Melanxoliklər

Tez küsən insanlar, uğursuzluqları çox pis keçirən insanlardır. Ətraf insanlarla çox çətin ünsiyyətə girirlər, təklikdə özlərini daha komfortlu hiss edirlər. Melanxoliklər dərt çəkməyi sevirlər. Melanxoliklər işdə tez-tez istirahət etməlidirlər. Melanxoliklərə daim ünsiyyət tələb edən işlər uyğun deyildir.

Melanxoliklər incəsənət xadimi, bəstəkar, rəssam, pedaqoq, radiomexanik, çilingər, yazıçı, veterinar, qeoloq, mühasib və s. bu kimi peşələri seçə bilərlər.

Xəbərlər     Baxılıb: 2211   Tarix: 11 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir

Çiyələyin yaşıl hissəsi, yəni çanaq yarpaqları və saplağı qida üçün yararlıdır və zəhərli deyil. Onların tərkibində antioksidantlar və C vitamini mövcuddur. Lakin bu hissənin dadı bir qədər acı olduğuna görə hər kəs tərəfində

turlar.az

sac duzumleri gözəllik məhsulları maskalar qerkules maskasi bal şəfadı süni qidalar qadın sağlamlığı kosmetika hakışdalar baldiza aid hakisda hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz dolça uzeyir