Peyvəndi və müalicəsi olmayan virus yayılır

Peyvəndi və müalicəsi olmayan virus yayılırSon günlər Hindistanda Nipah virusu ilə bağlı vəziyyət gərginləşib. Bu virusun peyvəndi və spesifik müalicəsi olmadığı üçün ölkədə bir neçə insan karantinə alınıb və ölümlər qeydə alınıb.
Milli.Az xəbər verir ki, Azərbaycanda isə Səhiyyə Nazirliyi bildirir ki, hazırda Nipah virusu ilə bağlı heç bir yoluxma halı aşkar edilməyib. Nazirlik əlavə edir ki, virus ölkəmizdə endemik deyil və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə yoxdur. Daxili yayılma riski aşağı qiymətləndirilir, geniş yayılma ehtimalı minimaldır, çünki virus insandan-insana asan ötürülmür.
Səhiyyə Nazirliyi vəziyyəti daim izləyir və sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar edilərsə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin yüksək təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələr aparıla bilər.
Nazirlik həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların məlumatlarını da davamlı izləyir. Profilaktik tədbirlər olaraq yarasaların çirkləndirə biləcəyi meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinmək və xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə tövsiyə olunur. Hazırda əhali üçün əlavə məhdudiyyətlər tətbiq olunmur; sadəcə ümumi sanitariya və gigiyena qaydalarına riayət etmək kifayətdir. Endemik bölgələrdən gələn şəxslərin sağlamlıq vəziyyətini izləməsi və şübhəli simptomlar yaranarsa həkimə müraciət etməsi tövsiyə olunur.
Epidemioloji vəziyyət nəzarət altındadır və təşvişə əsas yoxdur. 
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1112   Tarix: 27 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

geyim və ayaqqabılar geymler 2026 sade makiyaj sekilleri artiq cekiden azad olmaq uşaq xəstəlikləri sevinc tofiqqızı ulduzların gözəllik sirləri kosmetika həsən bəy zərdabi bir arzum var xerceng olumu hakisdalar