Peyvəndin tərkibindəki koronavirus hissəcikləri COVİD-19-a səbəb ola bilər?
COVİD-19 peyvəndinin tərkibindəki koronavirus hissəcikləri insan orqanizminə zərər vermir.
Milli.Az xəbər verir ki, bunu peyvəndi ərsəyə gətirən Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.
"Rossiya 24" telekanalına açıqlama verən professor peyvənddə adenovirus əsasında yaradılan canlı olmayan hissəciklərdən istifadə edildiyini ifadə edib: "Canlı hissəciklər öz növündən başqa hissəcik yarada bilir. Bu hissəciklər isı çoxalmır. Bu səbəbdən peyvənd orqanizm üçün təhlükə təşkil etmir. Sınaqlarda könüllülərin qızdırması 37-38 dərəcəyə çıxırdı. Bu problem sadəcə "Parasetamol" tableti ilə həll olundu".
Qeyd edək ki, Rusiyanın Səhiyyə naziri Oleq Qridnev 12 avqustda peyvəndə lisenziya verəcəklərini bildirib. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir