Pilinqlə bağlı bunları bilmək lazımdır

Pilinqlə bağlı bunları bilmək lazımdırKosmetologiyanın ən populyar prosedurlarından biri pilinqdir. Pilinq – "peel" sözündən götürülüb və dərinin qabıqlanması mənasını verir. Bu qabıqlanma nəticəsində ölü hüceyrələr dəri üzərindən təmizlənir. Həkim-kosmetoloq Günay Mikayılova saytımızın oxucularına pilinq haqqında ətraflı məlumat verib.

Payızın ilk ayı ilə pilinq mövsümünün başlandığını deyən G. Mikayılovanın sözlərinə görə, pilinqdən əsasən dərinin cavanlaşması məqsədilə istifadə edilir.

Pilinqlər üç növə bölünür: mexaniki, kimyəvi və lazer.

Mexaniki pilinq müxtəlif skrablar və kosmetoloji vasitələrlə üz dərisinin təmizlənərək yenilənməsidir. Buraya mikrodermabraziya, braşinq üsulu da daxildir. Həkim-kosmetoloq qeyd edir ki, mexaniki pilinqlər zamanı reabilitasiya dövrünə ehtiyac yoxdur: "Onlardan gündəlik həyatda, ev şəraitində istifadə etmək olar. Nəticədə dəri ölmüş hüceyrələrdən təmizlənir. Əgər dəri sağlam və cavandırsa, mexaniki pilinq dəridə hüceyrələrin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, dərinin özünü bərpa etmə prosesləri zəifləyir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, rəngi boğulur və xəstə, solğun görkəm alır. Profilaktika üçün ildə bir kurs pilinq kifayət edir. Bu növ pilinq cavan dəri üçün məsləhət görülür. Bu sıradan, cavan və gənc oğlan və qızlar skrab və turşu kimi bu cür pilinqlərdən istifadə edə bilərlər".

Mexaniki pilinq professional pilinq hesab olunmur. G.Mikayılova daha ciddi nəticələr əldə etmək üçün mexaniki pilinqlərin o qədər də effekt vermədiyini deyir. Mexaniki pilinqlərin içərisində yalnız mikrodermobraziya professional sayılır: "Bu pilinq klinika – salon şəraitində aparılır. Effekti digər pilinqlərə nisbətən azdır, amma təbii ki var. Reabilitasiya dövrü tələb olunmur. Əldə etmək istədiyimiz nəticə elə də güclü deyilsə, yəni biz ləkəni, dərin qırışları müalicə etmiriksə, mikrodermobraziyadan istifadə etmək olar. Mikrodermobraziya vasitəsilə ilə də daha dərin nəticələr əldə etmək olar. Lakin ondan dəriyə verilən ziyan xeyrindən daha çox olacaq".

Kimyəvi pilinqlərlə dəriyə daha az ziyan vuraraq, daha az mexaniki travma ilə, lakin çox nəticə əldə etmək olar: "Kimyəvi pilinqlərin tarixi çox qədimə gedir. Bu, hazırda geniş yayılmış AHA pilinqlər, yənin alfahidroksiasitlərlə aparılan pilinqlərdir. Bunların arasında səthi, orta və dərin pilinqləri qeyd etmək lazımdır. Bu da götürülən dəri qatından asılıdır. Səthi pilinqdə epidermis ölmüş hüceyrələrdən təmizlənir. Bu zaman həftədə bir dəfə mexaniki pilinq təyin edərək, yavaş-yavaş piqmentlərin azalmasına gətirib çıxardırıq. Dərin pilinqlər isə dərinin bazal membranasına qədər aparılır. Akneləri müalicə edəndə səthi pilinqlər az effekt verir. Səpki elementlərinin qurumasına gətirib çıxarmaq olar. Eləcə də, aknelərin yerində qalan ləkə və çapıqların aradan götürülməsində istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, söhbət dərin pilinqlər, bazal membranaya qədər gedən pilinqlərdən gedirsə, burada reablitasiya dövrü bir həftə, 10 gün ola bilər".

G. Mikayılova daha ciddi, məsələn, akne, akrofik çapıqları aradan götürmək üçün artıq kimyəvi pilinqlərin də kömək etməyəcəyini vurğuladı. Bu zamansa lazer pilinqə ehtiyac yaranır: "Lazer pilinq, yəni, lazerlə cilalanmadır. Lazer pilinqləri Er:YAG və CO2 lazeri ilə həyata keçirilir. Mən şəxsən Er:YAG lazerinə üstünlük verirəm. Er:YAG lazeri CO2 lazerinə nisbətən daha qoruyucudur, lakin kimyəvi pilinqlərə nisbətən daha dərindir. Burada reabilitasiya dövrü daha az – 10 gündür. Buna baxmayaraq, ondan sonra əldə etdiyimiz nəticə daha gözə çarpan olur. Son illər isə daha bir pilinq növü çox populyardır. Bu, "smooth" pilinqdir. Burada lazer işığı ilə dərinin derma qatına güclü istilik verilir, epidermis zədələnmədən derma yığılır, yığıldığına, üstündə qalan epidermis boşaldığına görə dəri öz epidermisini tökür. Bu da pilinq effektini verir, lakin bunun sadəcə pilinq effekti yoxdur, dərinin cavanlaşması da adlanır".

Həkim-kosmetoloq pilinqin hər bir dəri növü və yaş dövrü üçün uyğun olan unikal prosedur olduğunu əlavə etdi. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayətdir. Pilinq ağrısızdır. Bu prosedurdan sonra dəri bir neçə gün qabıq verir və bununla ölü dəri qatından azad olaraq, dərinin cavan və daha sağlam görünüşünü müşahidə etmək olur.

Pilinqin nəticələri:

dərinin rəngini bərabərləşdirir
dərinin teksturası yaxşılaşır – dəri hamar və yumşaq olur
məsamələr təmizlənir və daralır
piqmentasiya ağarır
akne, səpki, qara nöqtələr müalicə edilir
sızanaqlardan sonra qalan ləkələr aparılır
dərinin liftinqi – dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir
dərinin artıq yağı azalır
//Aile.lent.az

Xəbərlər     Baxılıb: 6020   Tarix: 17 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

turlar.az

reseptler kosmetoloq kosmetik vasiteler hakişta 2026 un geyimleri gəlin paltarları zirincin faydalari kosmetika xerçeng opusme bayatılarımızda vətən həsrəti kokelmek novruza aid hakışda