Piodermiya nədir?

Piodermiya nədir?Piodermiya (yun: πύον – irin və δέρμα - dəri) dərinin irinli zədələnməsi olub, irin əmələgətirən kokkların (stafilokk, streptokokk, pnevmokokk, bağırsaq çöpləri, vulqar proteylər, göy irin çöpləri )orda məskunlaşması hesabına əmələ gəlir.Demək olar ki, ən çox yayılmış dəri xəstəliklərindəndir.

Xəstəlik iki cür meydana çıxa bilər:sağlam dəridə birincili olaraq və digər dəri xəstəliklərində ağırlaşma kimi ikincili olaraq.

Piodermiyanın meydanagəlmə faktorlarına aiddir: kiçik travmalar (kəsiklər, cızıqlar və s.), dərinin çirklənməsi, həddindən artıq isinməsi və donması, daxili orqanların, mərkəzi sinir sisteminin funksiyalarının pozulması, maddələr mübadiləsindəki pozğunluqlar, infeksiyalara qarşı individual olaraq həssaslığın artması və s.

Dəri böyük kəmiyyətdə şərti-patogen infeksiyaların kolonizasiyası üçün açıq bioloji sistem hesab olunur.Şərti-patogen mikroorqanizmlər müəyyən şəraitdə fəaliyyətə başlayaraq dəridə irinli proseslərə səbəb olurlar. Belə şəraitlərə aiddir:

- Su-lipid mantiyasının müdafiə xüsusiyyətinin azalması, dəri səthinin qələvi reaksiyası

- Dərinin nəmliyinin və absorbsiya xüsusiyyətinin artması

- İmmunitetin aşağı düşməsi

Piodermiyanın bir neçə forması vardır:

Vezikulopustulyoz (periporit)- daha çox tərləyən və yüksək hərarət almış dərilərdə rast gəlinir.Proses zamanı tər axacaqları zədələnir, qızartı fonunda kiçik pustulalar meydana çıxır. Səpkilərin sayı çox olaraq gövdəyə, bükənəcəklərə, başın tüklü hissəsinə yayılır. Terapiyaya vaxtlı-vaxtında başlandıqda xəstənin ümumi vəziyyəti pisləşmir və 3-7 gün ərzində səpkilər itir.

Streptokokk impentiqosu- Proses zədələnməmiş dəridə başlayır. Ancaq həşərat dişləməsindən, qoturluq, atopik dermatit, zökəm, irinli otitlərdən sonra da tez tez rast gəlinir. Törədici uşaqlara oyuncaqlar vasitəsilə, paltar, dəsmallar vasitəsilə keçir. Xəstəlik əsasən üz dərisində yastı 0,5-1 sm ölçüsündə irinciklərin meydana çıxması ilə xarakterizə olunur. Sonrakı mərhələdə quruyaraq qabığa çevrilirlər və çəhrayı ləkələrlə əvəz olunurlar. Çapıq toxuması əmələ gəlmir.Pustulalar selikli qişalara da (burun, dodaq, yanaq, damaq) sirayət edir.

Səthi panarisiya -bir və ya bir neçə dırnaq lövhələri ətrafında qızartı fonunda çoxlu irinli suluqların olması ilə xaraterizə olunur. Ocaqda ödem, ağrı qeyd olunur, bədən hərarəti 37,8 S yə çatır.

Ağ dəmirov (quru dəmirov ) – Əsasən yaz-payız aylarında rast gəlinir, səbəb daha çox dərinin yuyunmadan sonra tam qurumamasıdır. Üzün və ətrafların dərisində solğun-çəhrayı, 2-3 sm diametrli solğun-çəhrayı ocaqlar əmələ gəlir.

Vulqar impentiqo- Yüngül qızartı fonunda ocaqlar əmələ gəlir ki, quruduqdan sonra bunun yerində sarımtıl-yaşıl rəngli qabıqlar meydana çıxır. Qabıqların tökülməsindən sonra yerində müvəqqəti olaraq piqmentasiya qalır.

Papulo-erroziv streptodermiya- Piodermiyanın bu növü daha çox körpə uşaqlar üçün xarakterikdir. Əsasən də həzm sistemində problemi olan, raxitdən əziyyət çəkən uşaqlarda rast gəlinir. Daha çox sarğı nahiyyəsi, budun içəri və bayır səthləri, aralıq dərisi zədələnir. Göyümtül-qırmızı rəngdə 0,6 sm diametrində zədələnmə ocaqları meydana gəlir.

Yuxarıda sadalananlardan da başqa piodermiyanın digər növləri də vardır.

Piodermiyayla xəstə şəxslərdə, xüsusən də uşaqlarda dırnaqlar dərin kəsilməli və günaşırı yodun spirtdə məhlulu, brilliant abısı ilə silinməlidir. Xəstənin istifadə etdiyi yataq ağları sodalı su ilə qaynadılmalıdır.

Xroniki piodermiya vəziyyətində şirin və çox duzlu qida məhsullarına, kəskin qidalara, bala sərhəd qoyulmalıdır. Rasiona meyvələr, tərəvəzlər və digər vitaminlərlə zəngin qidalar daxil olunmalıdır. Lakin qeyd etmək lazımdır ki, xəstəlik zamanı müalicə kimi, dieta da xəstənin vəziyyətindən asılı olaraq tədbiq olunur.

Sağlamlıq     Baxılıb: 15304   Tarix: 23 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetoloq geyim dəbləri yay geyimləri 2026 qadın sonsuzluğu ana haqqinda atalar sozleri goyemin faydasi qadinlarin seksi kosmetika şəhid haxisda rus dilini oyrenek 2ci ders şirin qoğal bayati