Piylərini çıxararkən əməliyyatda faciəvi şəkildə ölən modelin anası ELƏ XƏBƏR YAYDI Kİ " Qızım əslində..."

Piylərini çıxararkən əməliyyatda faciəvi şəkildə ölən modelin anası ELƏ XƏBƏR YAYDI Kİ " Qızım əslində..."Model Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın və sosial şəbəkələrin gündəmindən çıxsa da, Leylanın ailəsinin yarası hələ də təzədir.

Xanim.az bildirir ki, lent.az ailənin Binəqədi qəsəbəsində yaşadığı evdə olub və faciəvi şəkildə vəfat edən gənc qızın anası ilə söhbət edib.

Əvvəlcədən qeyd edək ki, gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla iyunun 22-də ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız komaya düşüb və iki gün sonra vəfat edib.

Leylanın anası Sevinc Alpman qızının ölümündə cərrahın böyük günahının olduğunu düşünür: "Adi diş çəkdirməyə gedəndə evdə kimsə yoxdursa, qonşunu çağırırsan ki, dişimi çəkdirmək istəyirəm, mənimlə gəl. Həmin gün səhər Leylanı mən özüm yola salmışam. Səhər atamla ikimiz yola saldıq onu, atası 2 gün idi ki, Türkiyəyə getmişdi. Biz də hazırlaşırdıq Türkiyəyə gedək, Leyla mənə dedi ki, ana, 3 günə gedək. Mən isə 3 yox, 15 günə gedə biləcəyimizi dedim. Əməliyyat barədə evdə bir kəlmə də danışmayıb. Həmin gün səhər bir qədər gec oyanmışdı. "Bonito" şirkətində işləyirdi, model kimi paltar reklamlarında çəkilirdi. Soruşdum, niyə işə gec gedir, cavab verdi ki, icazə alıb və bir qədər yatmaq istəyir. Deyib gülə-gülə yola saldıq. İşə gedib, ordan da çıxıb gedib xəstəxanaya. Orda özləri hər şeyi: əməliyyat-filan ediblər. Artıq axşam saat 8-i keçmişdi. Zəng etdim ki, Leyla hardasan, balıq qızartmışam. Həmişə mən zəng edəndə, geri zəng edib danışırdı. Amma həmin gün dönmədi. Gecəyə kimi çoxlu zəng etdik, gözlədik, saat 12-nin yarısı olardı, gördüm başqa nömrə ilə bir kişi zəng edib. Dedi ki, Leylanın həkimidir, o, plastik əməliyyat olunub, vəziyyəti ağırdır, gəlin. Həmin zəng edən şəxs anestizioloq Pərviz idi. Ürəyim düşdü, tez getdik ora, səhərə kimi gözlədik. Biz gedəndə içəri qoymadılar, dedilər, yaşamaq şansı 50-50-dir, dua edin. Səhər saat 9-da Sirus (əməliyyatı həyata keçirən həkim - N.R.) yoldaşı ilə gəldi, Yaxınlaşıb vəziyyəti soruşmaq istədim. Məni görən kimi həyəcan içində lifti gözləmədən pilləkənlər tərəfə gedib piyada qalxmağa başladı. Mən yoldaşı ilə 4-cü mərtəbəyə qalxdım. Getdim soruşdum ki, axı niyə valideynlərinin xəbəri olmadan əməliyyat etmisiniz? Cavab verdi ki, böyük qızdır, 21 yaşı var, məndən xahiş etdi, mən də əməliyyat etdim. Yəni bu insanlar bir xahişlə kimi gəldi əməliyyat edirlər. Mənim qızım qəpik-qəpik pulunu yığıb, həkim də pulu görən kimi tez əməliyyata razılaşıb, halbuki qızımın yanında ailə üzvlərindən mütləq bir nəfər olmalı idi, əməliyyata razılıq verməli idi. Mənim bircə istəyim var, o həkim Azərbaycandan çıxıb getsin, ya da ikisi də tutulsun. Sirus da, Pərviz də. Leylanın qanı yerdə qalmasın. Başqa heç nə istəmirəm. Ya da Sirus gətirsin öz balasını versin mənə, arvadı hamilədir. Dünyaya gətirdiyi uşağı versin mənə. Mən onun, balalarının kölgəsi olacağam, onlardan əl çəkməyəcəm".

Sevinc Alpman deyib ki, qızını əməliyyat edən həkim Sirus Qoçxaninin işləmək üçün müvafiq diplomu yoxdur: "Həkim gərək onu əməliyyata salmazdı, 170 santimetrdən çox boyu, 50 kilo çəkisi olan qızın nə piy problemi ola bilər ki? Ancaq pula görə bu əməliyyatı ediblər. Haradansa qovulmuş həkimlər gəlib burda bizim övladlarımızı bədbəxt edir. Bu gün Leyla öldü, sabah da başqa uşaqlarımızı öldürəcəklər. Mənə həmin həkimin qurbanı olmuş müxtəlif insanlar yazırlar. 36 yaşlı bir qadın zəng etmişdi, dedi ki, uşaq dünyaya gətirəndən sonra bədənində deformasiyalar olub. Sirus həkim onu əməliyyat edib, elə vəziyyətə salıb ki, indi tamamilə ağır durumda yaşayır. Gəncədə süd vəzisi əməliyyat edilmiş qadını da bədbəxt edib. Həmin həkim gəlib burda özünü məşhurlaşdırır, amma kimsə soruşmur ki, kimsən, haradan gəlmisən, diplomun, sertifikatların varmı? Keçmişdə nə işlə məşğul olub, haradan qovulub onu sorğulayan yoxdur".

Şikayətçi əlavə edib ki, daha əvvəl Leylanı müayinə edən həkim onun əməliyyat edilməsinə qarşı çıxıb: "Mübariz həkim var, o da plastik cərrahdır. Leyla daha əvvəl onun yanına gedib. Həmin həkim hadisədən xəbər tutan kimi bizə dedi ki, Leylaya əməliyyat etdirmək olmazdı. Çünki çox zəif idi, 50 kilo çəkisi vardı, həm də psixi cəhətdən əməliyyatdan çox qorxurdu. Özü həmişə əməliyyatdan, qandan qorxub. Bəlkə də görüb yiyəsi yoxdur, ona görə razı olmayıb. Nə bilim, hər halda dedi ki, ona əməliyyat qəti olmazdı. Əməliyyat edilən yerdə bildirdilər ki, ayın 22-də saat 16-da əməliyyata alınıb, sonra palataya köçürülüb, amma dərhal da reanimasiyaya qaytarıblar. Orda başqa xəstə var idi, mənə dedi ki, Leyla palataya keçiriləndə çox ağır durumda olub, danışa-hərəkət edə bilmirmiş".

Modelin anası iddia edib ki, sosial şəbəkələrdə müəyyən şəxslər qızların çox olduğu yerlərdə onlar barəsində xoşagəlməz fikirlər bildirərək qızlarda kompleks yaradır və onları əməliyyat etdirməyə təhrik edir. Leyla da məhz belə təhriklərin təsiri altına düşüb: "Mənim bildiyimə görə, xüsusi adamlar var və onlar həkimlərlə əlbir işləyir. Həmin şəxslər internetdə insanlara təzyiqlər göstərir, psixi təsir edərək müştəri toplayır və cavan qızları əməliyyat etdirməyə sövq edir".

Tək qızını itirmiş ana deyir: "Leyla dünyaya gələndən 11 il sonra oğlum anadan oldu. Bəlkə də Allah bilib ki, hansısa iranlı gəlib mənə dağ vuracaq, gül kimi balamı aparacaq. Ona görə o uşağı verdi mənə. Leyla çox fərqli qız idi, həm də çox qorxaq idi. Oğlumu sünnət etdirmişdik, qardaşını uzaqdan görəndə üzünü çevirirdi, ona tərəf baxa bilmirdi. 15 gün qardaşına yaxın gedə bilmədi. Necə ola bilər ki, belə qorxaq qız əməliyyata gedərkən gülərək, arxayın formada şəkil çəkdirir? Deməli, Leylanı aldadıblar. O, bu əməliyyatı o qədər sadə bir şey bilib ki, heç kimə demədən arxayın gedib. Orda da 2 min manat pul alıblar Leyladan, amma çek verilməyib. O pulun çeki hardadır? Mən bununla bağlı müvafiq qurumlara da müraciət edəcəyəm. Mənim gül kimi qızımı məhv etdilər. O qədər gözəl idi ki... Nə qədər oğlanlar istəyirdi onu. Amma heç kimə meyl etmirdi. Özü də mənə demişdi. Heç kimi sevməmişdi indiyə kimi, nakam getdi. Ancaq işləmək istəyirdi, sosial həyatı sevirdi. ASAN Xidmətdə könüllü olmuşdu. Xarici dilləri öyrənirdi, üzməyə gedirdi, kompüter proqramlarını öyrənirdi. Vergilər Depertamentinin qəbul şöbəsində praktika keçmişdi. Ancaq gözəl geyinməyi, gözəl görünməyi, fotolar çəkdirməyi sevirdi".

O da məlum oldu ki, Leylanı əməliyyat edən həkim onun yasına gəlməyib. Lakin qızın xəstəxanaya verdiyi pul ailəsinə geri qaytarılıb. Sevinc Alpman bildirib ki, xəstəxanada Leylanın qeydiyyata alınması, əməliyyatın görüntüləri, çek və sair kimi sənədlər onlardan gizlədilir və ümumiyyətlə olub-olmaması barədə məlumat yoxdur.

Model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani unikal.org-a açıqlamasında onun pioemboliya diaqnozundan dünyasını dəyişdiyini, vəfat etməsində bir rolunun olmadığını deyib: "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi. Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb, bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib: "Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".

Qeyd edək ki, L.Oruclu 8-ci sinifədək Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. Daha sonra təhsilini 100 saylı orta məktəbdə davam etdirib. Maliyyə-iqtisad kollecini bitirəndən sonra model kimi şirkətlərdə çalışıb. O bu il ali təhsil almaq üçün Ukraynaya getməyi planlaşdırırmış.

Artıq ölüm faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, Leylanın yaxınları, eləcə də əməliyyatla bağlı adları hallanan həkimlər ifadə veriblər.

Xəbərlər     Baxılıb: 3428   Tarix: 07 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatmaq infarkt riskini artırır

Harvard Universitetinin apardığı yeni araşdırma gec saatlarda yuxuya gedən şəxslərin ürək sağlamlığı baxımından daha böyük risk altında olduğunu ortaya qoyub.   xəbər verir ki, tədqiqatın nəticələrinə görə, gec yatan insanları

.

Uşaqların göz sağlamlığında diqqət etməli olduğunuz 5 məqam

Uşaqlarda göz sağlamlığı ümumi fiziki və psixoloji inkişafın ən əsas komponentlərindən biri hesab olunur. xəbər verir ki, Cərrah Oftalmoloq Uzm. Dr. Cahid qeyd edir ki, görmə qabiliyyəti uşağın ətraf mühiti qavramasında

.

Tez-tez ayaqyoluna çıxanlara ciddi xəbərdarlıq: Bu, xəstəlik ola bilər

Mütəxəssislər bildirir ki, gündə 8 dəfədən çox sidiyə çıxmaq və ya qəfil gələn sidik ehtiyacı ilə mübarizə aparmaq sadəcə bir "vərdiş" deyil, müalicə olunmalı bir sağlamlıq problemidir.  xəbər verir ki, bu vəziyyə

.

Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi viruslardan qorunmağın ən təsirli üsullarından biri nə əlavələr, nə də xüsusi prosedurlardır, adi gecə yuxusudur. Onun sözlərinə görə, keyfiyyətli yuxu orqanizmi

.

"Coca-Cola"ya bunları qatırlarmış

Dünyada ən məşhur qazlı içkilərdən biri olan Coca-Colanın tərkibi uzun illərdən bəri insanlar arasında maraq və müzakirə mövzusu olub.  xəbər verir ki, bir çoxları bu içkidə nələr olduğunu maraq edir və hətta bəzi miflə

.

Dondurulmuş qidaları necə istifadə etmək lazımdır?

Mütəxəssislər xəbərdarlıq edir ki, dondurulmuş qidaların tez-tez və düzgün olmayan şəkildə istifadəsi sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə tərkibində çoxlu duz, şəkər və konservant olan dondurulmuş yarımfabrikatla

.

Gözlərinizi tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər

Son vaxtlar bir çox insan gözlərini tez-tez ovuşdurduğunu deyir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu vərdiş bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər və gözlər üçün təhlükə yarada bilər. xəbər veri

.

Uşaqlara antibiotik yalnız bu hallarda verilə bilər

Uşaqlara antibiotik yalnız həkim təyinatı ilə və bakterial infeksiya olduğu sübut olunanda verilir. Virus infeksiyalarında (soyuqdəymə, qrip, öskürək, burun axıntısı) antibiotiklər təsir etmir. xəbər verir ki, antibioti

.

Səhər tezdən qəhvə içənlərin nəzərinə: Fayda əvəzinə zərər verir

Araşdırmalar göstərir ki, oyandıqdan dərhal sonra içilən qəhvə bədənin təbii oyanma mexanizmini pozur və uzunmüddətli dövrdə stress səviyyəsini artırır.  xəbər verir ki, insan bədəni səhər oyandıqda təbii yolla kortizol (oyanm

turlar.az

sac duzumleri toy makiyaji sekilleri gözəllik məhsulları cinsəl sağlamlıq alt geyimləri tük tökən uzdeki qara noqteler kosmetika novruz bayramına aid hakıştalar bayatılar irem derici qiz evi haxista novruz hakıştası