Polis rəisinin bacısı oğlu keçmiş sevgilisini şantaj etdi: "Aynurə, sənin nəslini..." (+18 VİDEO)

Polis rəisinin bacısı oğlu keçmiş sevgilisini şantaj etdi: "Aynurə, sənin nəslini..." (+18 VİDEO)Bakıda polis mayoru ilə sevgi həyatı yaşamış xanım bir vaxtlar ona şirin görünən anlarının indi acısını çəkir. Sevgi bağları bir müddət əvvəl qırılsa da, həmin polis onun həyatını alt-üst etməklə məşğuldur. Söhbət Bakı sakini Aynurə Yusifova ilə Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovdan gedir.
Qadinsayti.az criminal.az-a istinadən xəbər verir ki, A.Yusifova mayor A.Qafarovla təxminən 5 il qeyri-rəsmi münasibətdə olub. Lakin 2014-cü ildə Anarla münasibətləri soyuyub. Ayrılmaq istəsə də, Anar bunu qəbul etməyib və münasibətin bitməməsi üçün ona hədə-qorxu gəlib, uşaqlarımı oğurlatdıracağı, özünü isə öldürtdürəcəyi ilə qorxudub. Hətta üzünə kislota atıb yandıracağını da deyib.

Lakin A.Yusifova bütün təhdid və hədələrə məhəl qoymayaraq ayrılmaqda israrlı olub. Bütün hadisələr də məhz bundan sonra başlayıb. A.Qafarov şəhərin təhlükəsizlik kameralarından vasitəsilə avtomobilimin yerini müəyyən edib mütəmadi olaraq izləməyə başlayıb. Özünə məxsus "Range Rover" markalı avtomobillə yolumu kəsib, gecə saatlarında evinə zəng edərək qorxudub və sair...

Məsələ ilə bağlı A.Yusifovanın vəkili Ceyhun Yusifov Criminal.az saytına açıqlamasında A.Qafarov barədə hüquq-mühafizə orqanlarına şikayətlər olunmasına baxmayaraq, heç bir tədbir görülməməsindən şikayətləndi. Vəkilin sözlərinə görə, A.Yusifova ilə bağlı hüquq-mühafizə orqanlarına 100-dən çox şikayət olunsa da, nəticə yoxdur: ''Maraqlı nüanslardan biri ondan ibarətdir ki, Daxili İşlər Nazirliyinin rəhbərinə kimi müraciət olunsa da, bu günə qədər araşdırma aparılmayıb. Niyə? Polis əməkdaşı ictimaiyyətə, rəhbərliyinə qarşı bu qədər hörmətsiz davarana bilərmi? Görünür onun himayədarı var. Bəllidir himayədarı kimdir. Həmin şəxs Daxili İşlər Nazirliyində yüksək vəzifə tutur''.

C.Yusifov əlavə etdi ki, o adam bütün günü xanımı təhdid edir, vəzifə səlahiyyətindən istifadə edərək izləyir, ev telefonuna zəng edir, günün istənilən saatında xanımın evinin ətrafından əl çəkmir, qadağan olunmuş siqnallardan və işıqlardan istifadə edir.

''Bütün mobil operatorlardan Aynur xanımın adına olan bütün nömrələrdən çıxarış etmək səlahiyyəti əldə edib saxta yolla. Qız kimə mesaj yazır, zəng edirsə hamısını çıxardır. Lakin bununla bağlı araşdırma aparılmır. Altı daxili həhqiqat orqanı var. Bəs onlar nə işlə məşğuldular? Aynur xanımı üzünə kislota tökməklə hədələyir, döyür, avtomobili küçənin hərəkət istiqamətində saxlayaraq üstünə hücum çəkir. Anarın hərəkətlərinə görə Aynur xanımın anası reanimasiyada yatıb. Anarın məqsədi qızdan heyf çıxmaqdır. Konkret olaraq qız deyir ki, aramızda rəsmi heç nə yoxdur, uzaq dur. Bu adam isə əl çəkmir. Ən acınacaqlıdır ki qızı Daxili İşlər Nazirliyinin bir rəhbər şəxsi də qəbula çağırmadı. Əgər Daxili İşlər Nazirliyi Anarın himayədarlarının təsiri ilə araşdırma aparmaq imkanları yoxdursa və ya həmin mötəbər şəxsə hörmət olaraq araşdırma aparmaq istəmirlərsə, biz məcbur olub alternativ dövlət qurumu olan Təhsil və Səhiyyə nazirliklərinə müraciət edəcəyik. Bəlkə həmin qurumnlar Anarın işi ilə bağlı araşdırma aparırlar''-deyə vəkil vurğulayıb.

Anar Qafarov isə açıqlamasında dayısının idarə rəisi olmasını, eyni zamanda A.Yusifovanı təhdid etməsini şər-böhtan adlandırdı: ''Onlar mənə şər atır, siz də onun şər-böhtanı ilə məğulsunuz. Mən də onları məhkəməyə verəcəm. Mənə qarşı belə işlər görürlər. Vermişəm məhkəməyə. Bu gun vəkil tutub məhkəməyə verdim. Mənim şərəf və ləyaqətimə sataşırsınız. Görmürsünüz ki şər-böhtandır? Onun videolarının tarixinə baxın. Hamısı yalandır. Mən heç o adamı görmürəm. Ayıbdır, onun sozu ilə mənə zəng edirsiniz. Hörmətli prezidentimiz var, belə işlərlə məşğul olmayın. Hamımız elə bir adamla işləyirik. Avararanın sözünə inanmayın. Şikayətimi prezidentə edəcəm. Pozgun və küçə adamının söz ilə mənə zəng edirsiniz. Mənim dayım yoxdu''.

Criminal.az saytının əldə etdiyi məlumata görə, Anar Qafarovun dayısı Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayevdir.

Xəbərlər     Baxılıb: 2083   Tarix: 22 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu dezodorant səssizcə sağlamlığı məhv edir

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq üçün gizli təhlükə daşıyır. -ın xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena vasitələrinin tərkibindəki bir ümumi maddə ciddi narahatlı

.

Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər

Yay aylarında gənə təhlükəsi artır. Xüsusilə açıq havada daha çox vaxt keçirən insanlar, piknik və kənd yerlərinə səyahət edənlər bu parazitlərə daha çox məruz qala bilər. e- -a istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlı

.

Stress "evimizi yıxır"

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorlarına qarş

.

Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaq

Qəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşmədir. Bu tandem beynin fəaliyyətini dəstəkləyir, stres səviyyəsini azaldır və sizi bütün gün üçün enerji ilə təmin edir. bununla bağlı məlumatları sizə təqdi

.

İsti havalarda bu məhsulları yemək təhlükəlidir

Yayda əksər insanlar "soyuq" yeməklərə üstünlük verir, lakin bu yanaşma xüsusilə qastrit, pankreatit, xolesistit və mədə-bağırsaq traktının digər xroniki xəstəlikləri olan xəstələrdə sağlamlıq problemlərinə səbə

.

Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq

ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionlar üzərində genetik analiz apararaq valideynlərə "daha sağlam və üstün körpə" seçmək imkanı yaradan yeni texnologiyanı təqdim edib. xəbər veri

.

Dərinin qocalmasını ləngidən vitamin açıqlandı

Yapon tədqiqatçıları C vitamininin dərinin qocalmasını necə ləngidə biləcəyini kəşf ediblər: o, genetik mexanizmlərə təsir edərək dəri hüceyrələrinin böyüməsi və yenilənməsinə cavabdeh olan genləri aktivləşdirir. . -a istinadə

.

Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?

Uşaqlar arasında parvovirus yayılıb. xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur. İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib

.

Qara istiotun bilmədiyimiz FAYDALARI

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?.  xəbər verir ki, qara istiot sağlam həyat tərz

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin dunyasi geyim dəbləri reseptler hakıştalar fantaziya paltar modelleri tərəvəz yeməkləri həsən bəy zərdabi nagillar qizlar suni mayalanma veten