Popova azərbaycanlı aparıcının verilişində pandemiya ilə bağlı bütün detalları paylaşdı
Koronavirus pandemiyasının ikinci dalğası payızda digər yuxarı tənəffüs yolları infeksiyaları ilə birgə gələcək.
Milli.Az xəbər verir ki, bu açıqlama İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətindən (Rospotrebnadzor) gəlib.
"Rospotrebnadzor"un sədri Anna Popova "Rossiya 1" telekanalında qonağı olduğu azərbaycanlı aparıcı Nailə Əsgərzadənin proqramında bildirib ki, ikinci dalğa daha şiddətli olacaq.
"Bizə görə ən çox ehtimal edilən ssenarilərdən biri koronavirusun ikinci dalğasının payızda kəskin tənəffüs çatışmazlığı infeksiyalarının artdığı dövrdə ortaya çıxmasıdır. Xəstəliyin payızda artacağı böyük ehtimaldır və bu, bizi narahat edir. Koronavirusun digər tənəffüs yolları virusları ilə qarışıb yeni infeksiya verib-verməyəcəyini hesablamağa çalışırıq", - Popova qeyd edib.
O bildirib ki, bu durum qətiyyətli şəkildə hazırkı mövsüm qrip peyvəndləməsi aparmağa məcbur edir: "Hər iki xəstəliyin bir xəstədə rast gəlinməsi arxiv ədəbiyyatlarında mövcuddur. Buna görə də payızda insanları necə qoruyacağımızı indidən düşünməyə başlamışıq". (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
"İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun" - Könül Kərimova
Cövdət qızı ilə - Fotolar
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
"Vanlı Kara Haydar"ın işindən xəbər var