"Porsche" ilə iki uşaq anasını öldürən azərbaycanlı iş adamının oğlunun sərgüzəştləri: "paçka-paçka" pullar və... -FOTOLAR

Məmur və biznesmen övladları dəfələrlə etdikləri özbaşınalıqlara görə mətbuatın gündəmini bəzəməyi bacarıblar.

Çoxları onların valideyn tərəfindən doğru tərbiyə almadıqlarını deyir. Bu səbəbdən onlar bəzən avtoxuliqan, bəzən qatil, bəzən də… Yəqin ki, siyahını uzatmaq elə də çətin deyil.

Bunlardan biri də, 16 yaşında ikən qanunsuz olaraq idarə etdiyi "Porsche" markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürən Ağəli Fərəcovdur. Uşağın törətdiyi cinayətdən sonra atası, işi adamı Füzuli Fərəcov da gündəmə gəldi. Ata Fərəcovun oğluna düzgün tərbiyə vermədiyi ön plana çıxarıldı.

"Bilirsiniz, əslində problem nədən qaynaqlanır? Valideyn nədən doymayıbsa, övladını o sahəyə yönəltmək istəyir. Misal üçün, oxumamış valideyn övladının təhsil alması üçün dəridən-qabıqdan çıxır, gecəsini gündüzünə qatır. Gec ailə həyatı quran valideyn övladının vaxtında evlənməsini istəyir və s. Mən sadəcə, həmin ailənin psixoloji vəziyyətini deyə bilərəm. Böyük ehtimalla valideyn düşünüb ki, uşağım heç nədən korluq çəkməsin. Yaxşı bir atalar sözümüz var, deyir, əzizim əzizdi, tərbiyəsi ondan da əzizdir. Biz maksimum çalışmalıyıq ki, uşaqlar təhsilə, təlimə, inkişafa yönəlsin. Amma təəssüflər olsun ki, bəzi valideynlər əksini düşünür. Amma düşünmür ki, uşağın müəyyən yaş həddi var. Pulla təması məhz o yaşa çatandan sonra olmalıdır. Uşaq böyüdükdən sonra pulla artıq hər şeyi almağın mümkün olduğunu düşünür. Və başlayır düşünməyə ki, oxudum, amma bu, mənə pul vermir, amma filan şey pul verir. Artıq müəyyən şərti istəklər başlayır. Uşaq valideynə "sən mənə pul versən, dərsimi oxuyacam" deyir. Təbii ki, bu da gətirib uşağın qudurğanlığına çıxarır. Burada uşağın heç bir problemi yoxdur. Uşaq ağ vərəqdir, nə yazarıqsa, onu da oxuyarıq. Övlad valideynlərin şah əsəridir. Əgər bu gün onlardan narazıyıqsa, deməli, rəssamlar mükəmməl deyillər. Valideynlər müəyyən tərbiyə vaxtını qaçırıblar. Onlara sadəcə, seyr etmək qalıb ki, şah əsərlərinin nəyə qadir olduqlarını görsünlər".

///yeniçağ.az
"Porsche" ilə iki uşaq anasını öldürən azərbaycanlı iş adamının oğlunun sərgüzəştləri: "paçka-paçka" pullar və... -FOTOLAR"Porsche" ilə iki uşaq anasını öldürən azərbaycanlı iş adamının oğlunun sərgüzəştləri: "paçka-paçka" pullar və... -FOTOLAR"Porsche" ilə iki uşaq anasını öldürən azərbaycanlı iş adamının oğlunun sərgüzəştləri: "paçka-paçka" pullar və... -FOTOLAR"Porsche" ilə iki uşaq anasını öldürən azərbaycanlı iş adamının oğlunun sərgüzəştləri: "paçka-paçka" pullar və... -FOTOLAR

Xəbərlər     Baxılıb: 2593   Tarix: 28 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler hamiləlik yay kolleksiyasi tənəffüs orqanları ayaqqabı xorionik qonadotropin müsabiqələr kosmetika novruz bayramına aid hakışda novruz bayramina aid hakisdalar burcler haqqinda 8 mart baliq burcu