PP vitamininin çatışmazlığı "3 D" xəstəliyinə səbəb olur

PP vitamininin çatışmazlığı "3 D" xəstəliyinə səbəb olurPP vitamininə B3 vitamini, antipellaqra, nikotin turşusu və ya niasin də deyilir.
Nikotin turşu 1867-ci ildə nikotinin xromat turşusu ilə oksidləşməsi yolu ilə sintez edilib. Lakin həmin vaxt nikotin turşusunun vitamin funksiyasına malik olduğu məlum deyildi. 70 il sonra pellaqra xəstəliyinə müalicəvi təsir göstərən bioloji aktiv maddənin məhz nikotin turşusu olduğu eksperimental tədqiqat vasitəsilə sübut edilib. Təsir xüsusiyyətinə görə, PP vitamini adlanan bu maddə 1926-cı ilə maya göbələkciklərində, 1937-ci ildə qaraciyər ekstraktında tapılıb. Müasir təsəvvürlərə görə, antipellaqra amili, əslində, nikotinamiddir. Nikotin turşusu isə insan və heyvan orqanizmində nikotinamidə çevrildikdən sonra bioloji fəallıq əldə edir. Yəni, nikotin turşusunu PP vitamininin provitamini hesab etmək olar. Nikotinamid xlorid turşusu və ya natrium-hidroksid məhlulunda qaynadıldıqda amid qrupunu itirib nikotin turşusuna çevrilir. Nikotin turşusu ərzaq maddələrinin bişirilməsi, saxlanılması və konservləşdirilməsi zamanı öz sabitliyini ən yaxşı saxlayan vitaminlərdən biridir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib.
"B3 vitamini orqanizmdə gedən müxtəlif proseslərdə böyük rol oynayır, bəzi xəstəliklərin və pozulmaların müalicəsində dərman vasitəsi kimi istifadə olunur. Niasin sinir sisteminin və baş-beynin normal fəaliyyətini təmin edir, müxtəlif hormonların sintezində böyük rol oynayır, orqanizmdə gedən bütün maddələr mübadiləsi proseslərində iştirak edir. Nikotin turşusu ürək-damar sisteminə müsbət təsir edir, qan dövranı pozulmaları zamanı müalicəvi vasitə kimi istifadə olunur, həzm sisteminin normal fəaliyyətində böyük rol oynayır, qaraciyər, mədə və onikibarmaq bağırsağı xorası, enterokolit kimi xəstəliklərin müalicəsində istifadə olunur. Həmçinin digər B qrupu vitaminləri ilə birgə hemoqlobinin sintezində və eritrositlərin yaranmasında iştirak edir. Nikotin turşusu oynaqların sağlamlığını qoruyur və bu səbəbdən artritin müalicəsində istifadə olunur", - deyə mütəxəssis bildirib.
C.Məhərrəmovun sözlərinə görə, PP vitamininin çox hissəsini qida maddələrinin tərkibindən əldə etmək olar: "Lakin insan və heyvan orqanizmində müəyyən miqdarda nikotin turşusu triptofandan sintez edilə bilər. Bu proses qaraciyərdə baş verir. Triptofandan sintez edilən nikotin turşusu bağırsaq mikroflorasının həyat fəaliyyəti məhsulları arasında da var. Beləliklə, PP vitamininin çatışmazlığı zamanı pellaqra xəstəliyi yaranır. Pellaqra xəstəliyi təkcə qidada nikotin turşusunun deyil, həm də triptofanın azalması nəticəsində yarana bilər. Pellaqra xəstəliyinə adətən qidalanmada qarğıdalıdan çox istifadə edilən ölkələrdə daha çox rast gəlinir. Bunun iki səbəbi var. Birincisi, qarğıdalı zülalının tərkibində triptofanamin turşusu olduqca azdır. Digər səbəb isə qarğıdalının tərkibində çoxlu miqdarda nikotinamid olsa da, həzm sisteminin onu mənimsəyə bilməməsidir. Çünki burada nikotinamid həzm sistemində parçalanmayan birləşmələr şəklində olur. Pellaqra xəstəliyinin 3 əsas klinik əlaməti var. Dəri örtüklərinin iltihabı - dermatit, ishal - diareya, mərkəzi sinir sisteminin pozulması ilə müşayiət olunan xroniki residivverici zədələnmələr - demensiya. Bu əlamətlərin hər üçünü ifadə edən terminlər "D" hərfi ilə başladığına görə pellaqraya "3 D" xəstəliyi də deyirlər".
Universitetin şöbə müdiri bildirib ki, orta yaşlı insanlarda orqanizmin nikotin turşusuna gündəlik tələbatı 15-25 mikroqram, uşaqlarda 20 mikroqrama qədərdir. Nikotin turşusu ət, qaraciyər, qara çörək, balıq, paxlalı bitkilər, qarabaşaqda, o cümlədən süd və yumurtada cüzi miqdarda olur.
Qarğıdalıdan ərzaq maddəsi kimi çox istifadə edilən ölkələrdə pellaqra xəstəliyinin profilaktikası üçün qarğıdalını bişirməzdən əvvəl əhəng suyu ilə isladılmasının böyük əhəmiyyəti var. Çünki bu zaman qarğıdalının tərkibində birləşmiş vəziyyətdə olan nikotin turşusu sərbəst hala keçir və bağırsaqdan asanlıqla sorulur. Odur ki, qarğıdalıdan uzunmüddətli və davamlı istifadə zamanı bu kimi nüanslar mütləq şəkildə nəzərə alınmalı və ya ondan fasilələrlə istifadə edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1749   Tarix: 09 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sade makiyaj sekilleri adlarin menasi yaz geyimleri 2026 qış geyimləri cinsi əlaqə ana haqqinda atalar sozleri üzə qulluq kosmetika haxisda novruz hakista hamilelik oxatan tanisliq