Prezident bu sərəncamı ilə əhalini SEVİNDİRDİ
Prezident Saatlı rayonu ilə bağlı sərəncam imzalayıb.
Xanim.az-ın məlumatına görə, sərəncam Saatlıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 50 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə imzalanıb. Sərəncamda deyilir:
1. Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bundan başqa on iki min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisinə də pul ayrılıb. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir