Prezident dəyişikliyi TƏSDİQ ETDİ - Cərimələr artırıldı

Prezident dəyişikliyi TƏSDİQ ETDİ - Cərimələr artırıldıPrezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, fərmanda Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi nəzərdə tutulur.

Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı digər aidiyyatlı qurumlar da müfaviq addımları atmalıdır.

Prezident həmçinin Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişiklikləri də təsdiq edib. Dəyişikliklər aşağıdakılardır:

1. 253-cü maddə üzrə:

1.1. adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 253. Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi";

1.2. 253.2-ci maddənin:

1.2.1. dispozisiyasında "aid olmayan" sözləri "daxil olmayan" sözləri ilə, "zədələnməsinə, kəsilməsinə" sözləri "qanunsuz kəsilməsinə (götürülməsinə)" sözləri ilə əvəz edilsin;

1.2.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.";

1.3. 253.3.1-ci maddənin:

1.3.1. dispozisiyasında "tikinti" sözündən sonra "və abadlaşdırma" sözləri əlavə edilsin, "lazımi icazə olmadan" (birinci halda) sözləri və "zədələnməsinə və ya" sözləri çıxarılsın, "qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə" sözləri "qanunsuz kəsilməsinə (götürülməsinə)" sözləri ilə əvəz edilsin;

1.3.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.";

1.4. 253.3.2-ci maddənin:

1.4.1. dispozisiyasında "lazımi icazə olmadan" (birinci halda) sözləri və "zədələnməsinə və ya" sözləri çıxarılsın, "qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə" sözləri "qanunsuz kəsilməsinə (götürülməsinə)" sözləri ilə əvəz edilsin;

1.4.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir.";

1.5. 253.3.3-cü maddənin:

1.5.1. dispozisiyasında "lazımi icazə olmadan" (birinci halda) sözləri və "zədələnməsinə və ya" sözləri çıxarılsın, "qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə" sözləri "qanunsuz kəsilməsinə (götürülməsinə)" sözləri ilə əvəz edilsin;

1.5.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir.";

1.6. 253.3.4-cü maddə ləğv edilsin;

1.7. aşağıdakı məzmunda 253.4-cü və 253.5-ci maddələr əlavə edilsin:

"253.4. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə -fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

253.5. Bu Məcəllənin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta:

253.5.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.

253.5.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə
-
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

253.5.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.";

1.8. "Qeyd" hissəsi aşağıdakı redaksiyada verilsin:

"Qeyd:

1. Bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir.

3. Bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin
25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.".

2. Aşağıdakı məzmunda 253-1-ci maddə əlavə edilsin:

"Maddə 253-1. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması

253-1.1. Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni:

253-1.1.1. mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına;

253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə;

253-1.1.3. yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

253-1.2. Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni:

253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə;

253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə -
fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

253-1.3. Götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə -

fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

253-1.4. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -

vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.".

3. 397-ci maddə ləğv edilsin.

4. 43.1-ci maddəyə "251.3," rəqəmlərindən sonra "253-1.1," rəqəmləri əlavə edilsin.

Xəbərlər     Baxılıb: 2422   Tarix: 22 dekabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

kosmetoloq həkim məsləhəti aksessuarlar yay geyim 2026 saca xina qoymaq qaydasi kabablar roya ayxan kosmetika novruz bayramına aid bakışta qu quşu novruz bayramına aid hakışta baliq novruza aid hakista