Prezident Mədət Quliyevə yeni vəzifə verdi — FƏRMAN

Prezident Mədət Quliyevə yeni vəzifə verdi — FƏRMANPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Ölkə.Az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 535; 2006, № 7, maddə 588; 2010, № 2, maddə 80; 2015, № 11, maddə 1301) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

2. "Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 969) 4-cü hissəsindən ", milli təhlükəsizlik" sözləri çıxarılsın, həmin hissəyə "nazirliklərinin" sözündən sonra ", Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri əlavə edilsin.

3. "xrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, (II kitab), maddə 183; 2005, № 4, maddə 300; 2006, № 11, maddə 944; 2014, № 2, maddə 112, № 9, maddə 1027) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə "Əli Nağıyev – Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini" sözləri "İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" sözləri ilə əvəz edilsin;

3.2. 3-cü və 4-cü hissələrdə "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 603; 2010, № 2, maddə 91; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384) 1-ci hissəsindən "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri çıxarılsın və həmin hissədə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi".

5. "Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301) "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

7. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627; 2015, № 8, maddə 907, № 10, maddə 1191; 2016, № 4, maddə 737) aşağıdakı dəyişikliklər edilsin:

7.1. "Komissiyanın sədri" hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin;

7.2. "Komissiyanın katibi" hissəsində "Firudin Sadıqov — Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri" sözləri "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 47, № 9, maddə 1027; 2015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

Xəbərlər     Baxılıb: 2025   Tarix: 22 yanvar 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Təhlükəli virusun yeni ştammının yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri insanlar üçün böyük təhlükə yaradan H5N1 "quş qripi"nin yeni ştammının yayılması ilə bağlı həyəcan təbili çalır.   -a istinadən xəbər verir ki, tədqiqatçılar bildirirlə

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

.

Damarları təmizləyən və təzyiqi salan çox sadə TƏBİİ VASİTƏ

Xolesterinin əsas hissəsi (75%) qaraciyərdə sintez olunur, daha az hissəsi isə (25%) orqanizmə qida ilə daxil olur. -a istinadən xəbər verir ki, xolesterin həyati vacib maddədir - bütün hüceyrələrin membranlarına daxildir

.

Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir? - Cəmi 15 qəpiklik çarə

Ayaqlarınız tərləyir, pis qoxu, göbələk sizə əzab verir?. e- -a istinadən xəbər verir ki, çarəsi var.  sizə 15 qəpiklik çarə təqdim edir:. 1 litr isti su, 6 damcı yod və 4 xörək qaşığı duz götürün. Bütün inqridyentleri qarışdırı

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar. " "a istinadən  xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübu

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

.

5 ədəd qoz yeyib 4 saat gözləyin ... - FOTO

ABŞ-də aparılan bir araşdırma zamanı bir ovuc qoz yeməyin infarkt riskinin qarşısını aldığı ortaya çıxıb. Qanın tünd rəngdə olması nəyin əlamətidir?. Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA. Mandarini

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

turlar.az

sonxeber.az hamiləlik toy gecesi yaz geyimleri 2024 seks hekayələri kişi dünyası elaci qadın və din kosmetika hesaplama dovsan haxisda insan baldiza aid hakisda