Prezident məmurlara şərt qoydu

Prezident məmurlara şərt qoydu"İşində pozuntuya yol verənlər lazımi səviyyədə cəzalandırılacaqlar"

Bu il iki daha "ASAN xidmət" mərkəzi açılmalıdır.Qadinsayti,az-ın məlumatına görə, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

Yeni mərkəzlərin Quba və Mingəçevir şəhərlərində fəaliyyəti nəzərdə tutulub. Bundan başqa daha iki şəhərdə - İmişlidə və Şəkidə mərkəzlər inşa ediləcək. Yəqin ki, onların açılışı 2018-ci ildə olacaq.

Prezidentdən məmurlara xəbərdarlıq: "Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!"
"Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun. Xoşagəlməz hallara son qoyulmalıdır. "ASAN xidmət"i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir.

İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar.

Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq".
istiPress

Xəbərlər     Baxılıb: 1450   Tarix: 31 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli donlar 2026 hər gün bal ata ve qiz gözəllik məhsulları soz ehtiyati artirmaq kosmetika kəlamlar novruz bayramina aid hakista hakışta şəkərbura mikayıl abdullayev