Prezident oğlunu futbolçuya dəyişən məşhur ulduzu TANIYIN - FOTOLAR

Prezident oğlunu futbolçuya dəyişən məşhur ulduzu TANIYIN - FOTOLARDünyanın məşhur simaları- musiqiçilər, aktyorlar, yazıçılar, rəssamlar təkcə yaradıcılıqları ilə deyil, şəxsi həyatları, sevgi hekayələri ilə də hər zaman diqqət mərkəzində olurlar. Onların sevgi hekayələri böyük maraqla oxunur, izlənir.

Sonxeber.az ailem.az-a istinadən məşhurların qısa sevgi hekayələrini təqdim edir. Bu dəfəki sevgi hekayəsi dünya şöhrətli müğənni Şakira və onun özündən yaşca kiçik həyat yoldaşı məşhur futbolçu Jerar Pike haqqındadır.

Layihə: "Məşhurların sevgi hekayələri"

Onların ilk tanışlığı 2010-cu ildə keçirilən dünya çempionatında olmuşdu. Müğənni dünya çempionatının himni olacaq "Waka Waka" klipini çəkirdi. Klipdə ispan yığmasının müdafiəçisi Pike də iştirak edirdi. Şakira iki metrlik yaraşıqlı oğlana görən kimi vurulmuşdu... Hər şey də elə o gündən başlayır. Əvvəl dost kimi mesajlaşırlar, sonra görüşürlər. Çox keçmir ki, gizli eşq macərası yaşayırlar. Ancaq bu münasibəti axıra qədər gizlətmək mümkün olmur və cütlük haqda şayiələr yayılır. İlk müzakirə predmeti ulduzlar arasındakı yaş fərqi olur. Məsələ onda idi ki, Pike Şakiradan 10 yaş kiçik idi. Ancaq yaş fərqindən daha çox müzakirə olunan bir nüans var idi - Şakiranın sevgilisi. Belə ki, Kolumbiya gözəli Argentinanın sabiq prezidentinin oğlu Antonio de la Rua ilə görüşürdü. Müğənninin pərəstişkarları inana bilmirdi ki, Şakira Antoniodan ayrılıb. Düzdür, açıq-saçıq kliplərinə görə Antonio ilə Şakira arasında müəyyən qısqanclıq problemləri olmuşdusa da, bu inciklik çox çəkməmişdi. Amma qəflətən onların ayrıldığı elan olundu və çox keçmədən Şakira ad gününü qeyd etdi. Maraqlısı odur ki, hər iki ulduz eyni gündə - fevralın 2-də anadan olub.

... Ancaq yenə də sevgililər münasibətlərini açıq etiraf etməyə tələsmirdi. Paparazzilər isə gecə-gündüz Şakira və Pike "ovuna" çıxırdı. Hətta KİV-lərdən biri cütlüyün birlikdə şəkli üçün 150 min avro mükafat da təsis etmişdi. Lakin heç bir jurnalist bu fotonu çəkməyə müvəffəq olmur. 2011-ci ildə Pike öz doğum günündən Şakiranın da yer aldığı fotonu paylaşır. Bir neçə həftə sonra o, rəsmi Feysbuk səhifəsində Şakira ilə fotosunu paylaşıb bu sözləri yazır: "Les presento a mi Sol" – "Mən sizi öz günəşimlə tanış etmək istəyirəm". Bu fotodan sonra aləm dəyir bir-birinə. Hətta iş o yerə çatır ki, "Barselona"nın baş məşqçisi Xosep Qvardiola məsələyə qarışır. Oyunçuların şəxsi həyatı ilə də ciddi maraqlanan məşqçi Pikedən Şakira barədə soruşur. Baş müdafiəçi həqiqəti məşqçiyə etiraf edir.

Bundan sonra Şakira və Pikenin üzərindən sanki ağır bir yük götürülür. "İspaniyanın ən ehtiraslı cütlüyü" adlandırılan ulduzlar fotokameralar qarşısında çəkinmədən ya öpüşür, ya da qucaqlaşırlar.

Çox keçmir ki, bu sevginin də üzərinə qara buludlar çökür. Pikenin Şakiradan daha cavan başqa bir sevgilisi olduğu xəbəri yayılır. Bundan sonra cütlük bir yerdə az görünür. Ancaq Şakira bu şayiələrə şərh vermək istəmir. Və çox keçmir ki, onun saçları kəsilmiş imicdə fotoları yayılır. Çoxları müğənninin yeni imicini belə qiymətləndirir - uğursuz sevgisini unutmaq və yeni həyata başlamaq üçün belə edib.

Bu söhbətlər pik həddə çatanda Pikenin gənc sevgilisi onu seçim qarşısında qoyur: "Ya Şakira, ya da mən!" Futbolçu seçimini edir və Şakiranın yanına qayıdır.

Bundan sonra hamının gözlədiyi iki şey ola bilərdi – ya nikah və toy, ya da hamiləlik.

Şakiranın rəsmi nikaha münasibətini hamı bilirdi. Hələ Antonio ilə birlikdə olduqları 11 il müddətində "niyə nikaha girmirsiniz?" sualına belə cavab vermişdi: "Nikah cansıxıcıdır".

Çox keçmədi ki, Şakiranın hamilə olması xəbəri yayıldı. Onun hamilə olduğu vaxtlarda Bakıda konsert verdiyini Bakı tamaşaçıları da yaxşı xatırlayır. Şakira hamiləliyinin son ayında Jerar Pike ilə birlikdə jurnalların üz qabığını bəzədi. Ərinin ağuşuna sığınmış hamilə qadın obrazı Şakira üçün tam yeni idi.

Nəhayət, 2013-cü il yanvarın 22-də Barselonanın özəl klinikalarının birində Şakira və Pikenin oğlu dünyaya gəldi. Adını Milan qoydular. Milan qədim slavyan anlamında "əziz", qədim romalıların anlamında "zəhmətkeş", qədim sanskrit anlamında "birlik" mənasını verir.

2015-ci il yanvarın 29-da cütlüyün ikinci oğlu Saşa dünyaya gəldi. Şakira müsahibələrində dəfələrlə bildirib ki, böyük ailəsinin olması arzusundadır.

Təxminən bir ay öncə isə Jerar Pike verilişlərin birində maraqlı açıqlama verib. O, vətəndaş nikahında yaşadığı, iki oğlunun anası olan Şakira ilə yaxın günlərdə rəsmi nikaha girəcəyini bildirib. İndi dünya mətbuatı iki hadisəən birinin baş verəcəyini gözləyir – ya rəsmi nikah və toy, ya da üçüncü hamiləlik...

Xəbərlər     Baxılıb: 1710   Tarix: 16 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadin dunyasi fantaziya baliq qulagi dan el isleri gözəllik ciy kartofun faydasi kosmetika gəncə novruz hakisdalari intim masturbasiya bayati