Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARIPublika.az prezident xanımlarının zamanla mətbuata verdiyi müsahibələrdə yaddaqalan etiraflarını təqdim edir:
"Birinə dünya üzərində hakimiyyət, digərinə isə dünyanı idarə edən kişi üzərində hakimiyyət lazımdır", - Jaklin Kennedi;
"Düşünürəm ki, haşiyədən kənara çıxmaq mənim ən yaxşı üstünlüyümdür. Bu, daim ərinin həyatı ilə yaşayıb, onun işi ilə nəfəs alanda sənə çox kömək edir. O, yumruğunu masaya vurmaq üçün evə gəlir, axı yazıq kişi də nə cürsə dincəlməlidir", - Jaklin Kennedi;
"Əlbəttə ki, nəsə bir sirr var. İki insanı birləşdirən qanunlar və hisslərin sirri. Məhz o insanlar bir-birinə ehtiyac duyur. Bu, heç bir məhkəməyə və elmi qanunlara tabe olmur. Nə yaxşı ki, dünyada gizli nəsə var", - Raisa Qorbaçova;
"Hər gün səni qorxudan bir iş görmək lazımdır", - Eleonora Ruzvelt;
"Heç kim öz razılığınız olmadan sizdə natamamlıq hissi yarada bilməz", - Eleonora Ruzvelt;
"Hər istədiyini etməyə meylli olmağın əleyhinəyəm. Hər cür sərbəstlik insanı azad etmir. Həyatın mənası bundan ibarət deyil. Əminəm ki, prinsip etibarı ilə sərhədsiz azadlıq ola bilməz. Artist və görkəmli siyasi xadimin həyat yoldaşı kimi mənə elə gəlir ki, qarşımda bir neçə məhdudiyyətlər, eləcə də hərdənbir poza biləcəyim əhəmiyyətsiz qaydalar olmalıdır", - Karla Bruni;
"Kişi qadının qəlbində də, yatağında da həmişə birinci olmaq istəyir. Qadın isə hər zaman sonuncu olmaq arzusundadır", - Karla Bruni;
"Hər məsələdə ideal olmağa can atmaq lazım deyil, əks halda sonsuzadək əzab çəkəcəksən", - Karla Bruni;
"Biz hər zaman yadda saxlamayıq ki, həyata pozitiv tərəfdən baxmaq lazımdır, gündəlik xeyirxah əməllər isə möhkəm sağlamlığın zəmanəti ola bilər", - Hillari Klinton;
"Tənqidə ciddi yanaşmaq vacibdir, lakin onu ürəyinə yaxın qəbul etmək lazım deyil", - Hillari Klinton;
"Tam iş günü anayam. Bu, mənim birinci və ən vacib vəzifəmdir", - Melaniya Tramp;
"Siyasətlə məşğul olmamağa üstünlük verərdim. Bu, ərimin işidir", - Melaniya Tramp;
"Xoşbəxtlik yoluxucu olmalıdır. Əgər xoşbəxtsənsə, onu başqaları ilə də paylaş", - Lyudmila Putina;
"Ölkəmizdə yalnız imtiyazlı şəxs – uşaqlardır!", - Eva Peron;
"Fanatizmsiz heç nəyə nail olmayacaqsan", - Eva Peron;
"Hətta prezidentin həyat yoldaşı olsa belə o, ilk növbədə qadın, ailədə sevgi və sülhün təminatçısıdır", - Mehriban Əliyeva;
"Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır", - Mehriban Əliyeva;
"3000 cüt ayaqqabımın olması yalandır, məndə yalnız 1060 cüt var", - İmelds Markos;
"Həyatda ən vacib iş səni yaxşı edən insanları tapmaqdır", - Mişel Obama;
"İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim", - Mişel Obama;
"Mən heç vaxt və heç bir halda məhkumluqla barışa bilmərəm", - Raisa Qorbaçova;
"Yalnız məni birinci ledi çağırmayın. Bu, yarış atının ləqəbi kimi səslənir", - Jaklin Kennedi.

Xəbərlər     Baxılıb: 2155   Tarix: 02 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları qizil sozler qaşların formalari hakişta geyim dəbləri kosmetika efsaneler nagillar qızlıq pərdəsi xocali bayraq