Prezidentdən bu rayon sakinlərinə ŞAD XƏBƏR

Prezidentdən bu rayon sakinlərinə ŞAD XƏBƏRAzərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamda qeyd olunub ki, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılıb, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb: "Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan qəsəbələrinin perspektiv su təchizatı layihəsinə uyğun olaraq 54000 nəfər əhalinin fasiləsiz su təminatına imkan verəcək diametri 800 mm, uzunluğu 3,0 km olan magistral su kəmərinin, Mərdəkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 15,0 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-400 mm, uzunluğu 1,9 km olan kanalizasiya şəbəkəsinin, Şağan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 9 km olan paylayıcı su şəbəkəsinin, Şüvəlan qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 10,6 km olan paylayıcı su şəbəkəsinin, Binə qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 2,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb".

Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 5,78 (beş milyon yeddi yüz səksən min) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbərlər     Baxılıb: 1633   Tarix: 18 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim dəbləri geyim necə seçməli qaşların formalari dolma reseptleri qəbizlik yay kolleksiyasi toy ucun dizayn kosmetika burclerin uyumu hakışdalar kondom əqrəb bürcler