Prezidentdən öz ad günündə Aygün Bəylərə təsirli jest - VİDEO
Prezident Aygün Bəylərə ev hədiyyə edib.
azxeber.com-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, ifaçı bunu Xəzər Tv-də yayımlanan "Söhbət musiqidən gedir" verilişində öyrənib.
Məsələ burasındadır ki, Aygün Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert "Günəşli" yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.
Aygün Bəylər ev probleminin həlli üçün Heydər Əliyev Fonduna müraciət edib. İfaçının müraciəti müsbət qarşılanıb. Bu xəbəri ona verilişdə aparıcı Leyla Quliyeva çatdırıb.
"Bu gözəl gündə Heydər Əliyev Fondu və cənab Prezident sizi təbrik edir. Ev sizindir" - aparıcı deyib.
Bunu eşidən Aygün Bəylər göz yaşlarını saxlaya bilməyib. Aygün Bəylər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq