Prezidentin iclasında ürəyi gedən Əhəd Abıyevin ailəsi ilə bağlı: "Görüntülər, səs yazısı..."

Prezidentin iclasında ürəyi gedən Əhəd Abıyevin ailəsi ilə bağlı: "Görüntülər, səs yazısı..."Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyev bir sürücünü təhqir edib və onun xanımının xəstəxanaya düşməsinə səbəb olub.

Xanim.az xəbər verir ki, hadisə K.Abıyevin kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda baş verib.

Sürücü Ramin Rzayevin sözlərinə görə, heç bir qayda pozmadığı halda onu postda saxlayıb, sənədlərini istəyiblər: "2016-ci ilin dekabrın 27-də "Niva" markalı 99 ZS 084 dövlət nömrə nişanlı öz şəxsi avtomobillimlə Bakıya gedirdim. Cəlilabad rayonunun Göytəpə postuna çatanda məni saxladılar. Hansı səbəbdən saxlandığımı soruşanda dedilər ki, səni saxlamaq üçün inspektor Kamal Abıyev göstəriş verib.

Mənim saxlanılmağım haqda Kamal Abıyevə məlumat verdilər. O da buraxmamağı tapşırdı. Özü 15 dəqiqə sonra gəldi. Niyə saxlanıldığımı ondan da soruşdum. Bildirdi ki, maşınının arxa "prujinləri" balacadır. Mən də izah etdim ki, avtomobilin arxasının yatması, onda hansısa dəyişiklik etməyimlə bağlı deyil, sadəcə yüklü olmasına görədir. Onlara məni boş yerə saxladıqlarını, vaxtımı aldıqlarını bildirdim. Bu iradım isə görünür, Abıyevin bərk xətrinə dəydi və məni aşağılayan ifadələr işlətdi. Mən isə cavabını verdim. Bundan sonra o bərk əsəbiləşdi və məni təhqir etməyə başladı, hətta üstümə də cumdu. Ona maşında ailə olduğunu, səsini aşağı salmağı məsləhət görsəm də, xeyri olmadı. Əksinə, bir qədər də qızışıb, vəzifəli şəxsə yaraşmayan, küçə söyüşləri ilə məni təhqir etdi. Dediklərinə cavablarım isə ağıllı-başlı səs-küyə, gərginliyə səbəb oldu. Sonra polislər məni sakitləşdirdilər, maşınıma doğru gətirdilər. Maşına qayıdanda yoldaşımın özündən getdiyini gördüm, ağzı köpüklənmişdi. Tez su istədim, onu ayıltmağa çalışdıq. Təsəvvür eləyin ki, belə bir vəziyyətdə, K.Abıyev polis maşınında oturub mikrafonla məni söyməyə davam edirdi. Hətta yoldaşımın halının pisləşməsini də qəsdən etdiyimizi deyib, bizi aşağılayan ifadələr işlədirdi.

Amma ona fikir vermədən yoldaşımı təcili olaraq Göytəpə xəstəxanasına apardıq. Məlum oldu ki, həyəcandan, qorxudan qıc olub. İkinci dəfə Salyan yolunda halı pisləşdi. Həmin gündən sonra hər gün eyni vəziyyət təkrarlanır. Ona görə də məcbur olub xəstəxanaya yatırdıq, hazırda Sumqayıt xəstəxanasında müalicə olunur. Həkimlərin dediyinə görə, ağır sarsıntı keçirib, qorxub, həyəcanlanıb".

Sürücünün sözlərinə görə, hadisəylə əlaqədar dərhal 102 xidmətinə zəng vurub, sonra da bütün aidiyyəti qurumlara rəsmi müraciət edib: "Bundan sonra Göytəpə postunun rəisi dəfələrlə məni danışığa çağırıb. Amma razılaşmamışam. Niyə hüquqlarım tapdalanmalıdır, ailəmin yanında niyə təhqir olunmalıyam? Hadisə postda olub, orada görüntülər və səs yazıları olmalıdır. Amma onları gizlədirlər. Çünki onlar ortaya çıxsa Abıyev dərhal işdən azad olunmalıdır. Mənə zəng vurub deyirlər ki, guya, texniki qüsur olub deyə görüntülər də, səs də yazılmayıb. Hər şeyi öz xeyirlərinə edirlər, polis adına ləkə olan şəxsi, bir kişini öz qadının yanında təhqir edən ləyaqət hissini, insanlığı itirən şəxsi qorumağa çalışırlar. Bununla bağlı mən Dövlət Yol Polisi baş İdarəsində də oldum. Onlar mənə açıq şəkildə bildirdilər ki, Əhəd Abıyevə görə ona heç nə edə bilmirlər".

Zərərçəkən bildirib ki, maşının avtomobilinin arxa "prujin"lərinin balaca olması ilə bağlı heç bir protokol hazırlanmayıb: "Əgər qanunsuzluq var idisə, niyə protokol yazmadılar?".

Ramin Rzayev vurğulayıb ki, Kamal Abıyevin etdiyi hərəkətlərdən prezident İlham Əliyevə və müvafiq qurumlara müraciət edib.

Qeyd edək ki, Kamal Abıyevin vətəndaşlara qarşı kobud rəftarı, qanunsuzluqlar etməsi barədə mətbuatda dəfələrlə məlumatlar yayınlanıb.

mənbə: bakipost.az

Xəbərlər     Baxılıb: 2474   Tarix: 07 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

turlar.az

gozel gorunmek makiyaj instagram toy makiyajlari gavalının faydaları qadin ehtirasi artiran dermanlar qogal resepti kabablar kosmetika novruz haxışda 8 mart tərəzi xerceng