Professor: "Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub"

Professor: "Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub"Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir.
Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, psixiatr, professor Fuad İsmayılov deyib. Mərkəz rəhbəri Vətən Müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə müsahibə verib.
Həmin müsabibəni təqdim edirik:
- Müharibədə iştirak etmiş hərbçilərdə əsasən hansı psixoloji hallara rast gəlinir və bunların təzahür forması necə olur?
- Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olmuşdur. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik qarışıq və dəyişkən mənzərəyə malikdir və düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin "heyrət" halından ibarətdir. Bu hal ətraf situasiyadan "uzaqlaşma" (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər.
Hərbçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, "fleşbeklər" (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olmuşdur.
- Posttravmatik stress pozuntuları ilə qarşılaşdığınızda hansı yardım prosedurları təklif olunurdu?
- Posttravmatik stress pozuntusu hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciə xarakterli stress hadisəsinə təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbçilərdə və əsgərlərdə kəskin stress pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda posttravmatik stress pozuntusu diaqnozuna dəyişdirilir.
Psixoloji yardım üçün müraciət edən kəskin stress reaksiyası yaşayan bütün hərbçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilirdi. İlkin psixoloji yardım kəskin stress əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbiçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur.
Posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir.
Bundan əlavə posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv-davranış terapiyası (KDT) aparılır. KDT travmatik hadisənin hərbçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP-dən əziyyət çəkən hərbiçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP-nin müalicəsində koqnitiv davranış terapiyası hərbçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir.
- Müharibədən sonra hərbçilərimizdə qalan səksəkə, qorxu hissini necə aradan qaldırırsınız?
- Səksəkə və qorxu bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılır. Daha sonra ona uyğun psixi sağlamlıq xidmətləri təklif olunur.
- Psixoloji prosedurlar adətən neçə müddət aparılır və müsbət nəticələri neçə zamandan sonra əldə etmək olur?
- Hərbçilərə, əsgərlərə, onların ailələrinə və müharibədən xəsarət almış vətəndaşlara psixoloji problemlərin xüsusiyyətlərindən asılı olaraq psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq şəxslərə təcili, qısa müddətli və uzun müddətli psixoloji yardım növləri göstərilir.
Təcili psixoloji yardım - böhran vəziyyəti, neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirəsalınmadan göstərilməsidir. Qısamüddətli psixoloji yardım (12 məşğələyə qədər) psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla 3 ay müddətində ardıcıl şəkildə həyata keçirilir. Uzunmüddətli psixoloji yardım 12 məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsidir (3 aydan daha uzun müddət).
Qeyd edim ki, Azərbaycan Respublikasında psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 397 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
- Post-müharibə dövründəki psixoloji durumda qarşılaşdığınız ən çətin vəziyyət hansı olub?
- Müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir. Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər. Fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1507   Tarix: 24 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütlə

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 makiyaj instagram biskvitli tort resepti seks haqqinda mütləq bilməlisiniz qonaq otagi dizayni 2026 kosmetika arxadan olmag salatlar yemek reseptleri novruz hakistasi qiz evi ucun