Professordan daha bir mutasiya XƏBƏRDARLIĞI

Professordan daha bir mutasiya XƏBƏRDARLIĞIAnkara Universitetinin professoru İsmail Balık COVID-19 virusunda yeni mutasiyaların yaranacağını istisna etmir.
Publika.az xəbər verir ki, pandemiyanın üçüncü mərhələsinin başlamasından söz açan həkim ölkədə yoluxma sayının artmasının səbəbini virusun Britaniya ştammı ilə əlaqələndirib.
"Türkiyədəki yoluxmaların 75 faizi mutant virusdur. Yeni mutasiyanın yoluxduruculuq qabiliyyəti 40-70 faizdir, amma ölümcüllüyü əvvəlki ilə eynidir. Əsas fərqləndirici xüsusiyyətlərindən biri də asanlıqla yoluxduğundan gənclərə və uşaqlara da təsir etməsidir. Sürətlə artma səbəblərindən biri də budur. Sıxlıq olan yerlərdə maskanı bir neçə saniyəlik aşağı salmaq virusa yoluxmanıza səbəb ola bilər. Odur ki, maska, sosial məsafə və gigiyena qaydalarına əməl edin.
Mutant virus hazırda bütün dünyada dominantlıq edir və belə görünür ki, pandemiyanın davam etməsinə səbəb olacaq. Mutasiyaya uğrama riskini artıran ən önəmli faktor xüsusilə infeksiyanın çox yayılmasıdır. Hazırda yaşanan vəziyyət yeni mutasiyaların inkişafına yol açacaq. Bu mutasiyalar bir müddət sonra özü-özünü bitirə bilər. Eyni zamanda, peyvənd sayəsində yaranmış immunitetin təsir qüvvəsi ilə virusun yoluxuculuğunun azalması da gözlənilir. Odur ki, bütün elm dünyası prosesi yaxından izləyir.
Yadda saxlayın ki, xəstəlik nə qədər çox yayılarsa, mutasiyalar bir o qədər çox olacaq. Türkiyəyə məxsus yeni bir mutasiya da meydana gələ bilər", - İ.Balık qeyd edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2917   Tarix: 05 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

yay geyimləri 2026 donlar 2026 hamilelikde qidalanma bas ortuleri korpelerde qebizlik zeytunun hazirlanmasi burcler kisiler kosmetika xeyanet zencefil novruz haqistalari sanama qaynana hakista