Psevdomembranoz kolit

Psevdomembranoz kolitPsevdomembranoz kolit, yəni antibiotiklərin qəbulu ilə yaranan kolit bağırsaqların kəskin iltihabi xəstəliyi olub, "Clostridium difficile" bakteriyası tərəfindən törədilir və antibakterial terapiyanın ağırlaşması kimi inkişaf edir. İshal antibiotik müalicəsi almış xəstələrin 2-26 faizində yaranır ki, onların da 10-30 faizində ishalın səbəbi C.difficile bakteriyası hesab olunur. C.difficile qrammüsbət, spor əmələgətirən anaerob mikroorqanizm olub, fekal-oral yolla ötürülür. Mikroorqanizmin patogen ştamları endotoksin A və sitotoksin B hasil edir. Xəstəlik yalnız antibakterial dərman preparatlarının - ilk növbədə ampisilin, klindamisin, III nəsil sefalosporinlərin qəbulu zamanı yaranır. Onlar normal bağırsaq mikroflorasını sıxışdırır, C.difficile bakteriyasının izafi artımına şərait yaradır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev  məlumat verib.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin klinik əlamətləri antibakterial müalicə fonunda yaxud müalicə qurtardıqdan sonra, yəni daha çox ilk 10 gün ərzində, az hallarda isə 6-8 həftədən sonra inkişaf edir və sulu ishal, qarında tutmaşəkilli ağrılarla müşayiət olunur. Ağır hallarda ishal çox tezləşmiş olur, yüksək hərarət, susuzlaşma, hipotenziya, nəcisdə qanın olması ilə diqqəti cəlb edir. Kolonoskopiya zamanı yoğun bağırsağın selikli qişasında sarımtıl-ağımtıl fibrikoz örtüyün aşkarlanması xəstəliyin fərqləndirici əlaməti hesab olunur. Diaqnozun qoyulmasına C.difficile-nin aşkarlanması məqsədilə nəcisin bakteriloji müayinəsi, nəcisdə A və B toksinlərinin IFA üsulu ilə aşkarlanmasına əsaslanır.
"Ola bilər ki, xəstəliyin yüngül gedişi zamanı onun aradan qaldırılması üçün antibakterial dərman vasitələrinin qəbulunun dayandırılması kifayət etsin. Ağır hallarda isə 5-nitroimidazol törəmələrindən və geniş təsir spektrli antibakterial və bakteriosid preparatlardan istifadə olunur. Bunlarla yanaşı olaraq enterosorbentlərdən və probiotiklərdən də istifadə edilir. Profilaktika nöqteyi-nəzərdən həkim göstərişi olmadan antibakterial preparatlardan istifadə edilməməlidir", - deyə A.Verdiyev qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1548   Tarix: 18 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetika mehsullari donlar 2026 yay kolleksiyasi dolmalar zaur baxşəliyev qozlu toyuq salati qan qruplari haqqinda melumat kosmetika mekteb qoğalın nağlı vətən haqqında bayatı opusme novruz haqistalari